Stomatoloq mandarini necə düzgün yemək lazım olduğunu açıqladı
Dünən, 11:58
Stomatoloq Viktor Lyubimtsev naringiləri necə düzgün yemək barədə tövsiyələr verib. RuNews24.ru xəbər agentliyinə müsahibə verən ekspert deyib ki, qoz-fındıq və ya pendir kimi turşunu neytrallaşdıran qidaları naringi ilə birgə yemək lazımdır.Mütəxəssisin fikrincə, naringi yeməkdən sonra ağzınızı su ilə yaxalamaq turşunu daha da neytrallaşdıracaq və diş minasının zədələnməsinin qarşısını alacaq."Ancaq yeməkdən dərhal sonra dişlərinizi fırçalamayın, çünki bu, dişlərdə qoruyucu təbəqənin aşınmasına səbəb ola bilər", - ekspert əlavə edib.