İnternetsiz 2 həftə beyni 10 il cavanlaşdırır

27-02-2025, 10:18           
İnternetsiz 2 həftə beyni 10 il cavanlaşdırır
Araşdırmalar göstərib ki, internetsiz 2 həftə beyni 10 il cavanlaşdırır.

Oksford alimlərinin keçirdiyi eksperimentdə 500 könüllü 14 gün ərzində smartfon və internetdən istifadə etmədən yaşayıb. Lakin, ancaq 119 iştirakçı finala qədər çata bilib. Onların nəticələri isə təəccüblü olub. İnsanlarda yuxu rejimi yaxşılaşıb, narahatlıq hissi azalıb, diqqət cəmləmə və kognitiv bacarıqlarında inkişaf müşahidə olunub. Bir çox iştirakçı, özünü daha xoşbəxt və azad hiss etdiklərini qeyd edib.

Bu nəticələr, texnologiyanın həyatımıza olan təsirinin və ondan müvəqqəti olaraq uzaqlaşmanın psixoloji və fiziki sağlamlığımıza müsbət təsir edə biləcəyini göstərir.

Ekspertlər, xüsusilə istirahət zamanı, ildə ən azı 1 dəfə “digital detoks” etmək tövsiyə edib. Bu, psixoloji sağlamlığı yüngülləşdirməklə yanaşı, həm də ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru