Dünyanın ən sabit buzlaqlarından biri sürətlə əriməyə başlayıb
Bu gün, 15:58

Argentinada dünyanın ən sabit hesab edilən Perito-Moreno buzlağı sürətlə əriməyə başlayıb. Bunu Almaniya və Argentina alimləri birgə apardıqları yeni araşdırma zamanı aşkar ediblər.
Bu barədə nəticələr "Communications Earth & Environment" jurnalında dərc olunub.
Qeyd edilən buzlaq 1981-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və hələ də dünyanın hər yerindən gələn turistləri cəlb edən vacib yer hesab olunur. Bir qrup tədqiqatçı peyk məlumatlarından və georadardan istifadə edərək buzlağın vəziyyətini təhlil edib.
Mütəxəssislər belə qənaətə gəliblər ki, 2000-ci ildən 2019-cu ilə qədər Perito-Moreno təxminən 34 sm buz itirib, daha sonra isə onun əriməsi xeyli sürətlənib. Beləliklə, 2019-cu ildən 2024-cü ilə qədər buzlaq hər il 5.5-6.5 m - əvvəlkindən 16 dəfə çox itirməyə başlayıb.
Alimlər qeyd ediblər ki, Perito-Morenonun təkcə qalınlığına görə deyil, həm də uzunluğuna görə də kiçilir. 2019-cu ildən bəri bəzi ərazilərdə o, 800 m-dən çox geri çəkilib ki, bu dinamika xüsusilə şimal ucqarlarında daha çox nəzərə çarpır.
Həmçinin buzlağın son nöqtəsinin altında böyük qayalıq dağ silsiləsinin olduğunu da öyrənmək mümkün olub - çox güman ki, bunun sayəsində Perito-Moreno belə sabit qalmağı bacarırdı. Lakin ehtimal çoxdur ki, yaxın gələcəkdə buzlaq bu silsilədən aralanacaq və daha da sürətlə yoxa çıxmağa başlayacaq.