Karib dənizində iki yeni timsah növü kəşf edildi

Bu gün, 10:14           
Karib dənizində iki yeni timsah növü kəşf edildi
Kanadanın Makgill Universitetinin alimləri Karib dənizində yerləşən təcrid olunmuş adalarda iki yeni timsah növü aşkarlayıb. Uzun illər Amerika timsahı (Crocodylus acutus) kimi tanınan bu sürünənlərin əslində genetik cəhətdən unikallığı məlum olub.

32gun.az bildirir ki, araşdırmanın nəticələri "Molecular Phylogenetics and Evolution" (MPE) adlı elmi jurnalda dərc edilib.

Mütəxəssislərin bildirdiyinə görə, yeni müəyyən edilən növlərdən biri Kosumel adasında, digəri isə Meksikanın Yukatan yarımadası sahillərindəki Banko Çinçorro atollunda yaşayır. Hər iki populyasiyanın təxminən 500 fərddən ibarət olduğu və yox olma təhlükəsi ilə üzləşdiyi qeyd olunub.

Aparılan genetik analizlər adalarda yaşayan timsahların materikdəki qohumlarından ciddi fərqləndiyini ortaya çıxarıb. Tədqiqatçılar sürünənlərin qan və toxuma nümunələrini toplayaraq, həmçinin əvvəlki araşdırmaların nəticələrini analiz ediblər.

Genetik fərqlərlə yanaşı, fiziki xüsusiyyətlərdə də fərqlər müəyyən edilib. Məsələn, Banko Çinçorro timsahlarının Kosumel adasındakı timsahlardan daha uzun və enli burunlara sahib olduğu müşahidə olunub.

Alimlər bildirirlər ki, bu kəşf təbiətin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Hər iki yeni timsah növünün populyasiyası sabit olsa da, saylarının azlığı və məhdud yaşayış arealı onları son dərəcə həssas vəziyyətə salır. Onların varlığına şəhərləşmə, çirklənmə və turizm ciddi təhlükə yaradır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.