Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

29-04-2025, 17:44           
Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?
Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və kirayə yolu ilə təqdim olunan mənzillər daxildir.

Bəs vətəndaşlar üçün hansı seçim daha sərfəlidir?

TEREF İTV-yə istinadən xəbər verir ki, satmaq öhdəliyi ilə verilən kirayə mənzillər İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi evlər arasından seçilir. Bu mənzillər yalnız müəyyən edilmiş ərazilərdə və binalarda təqdim olunur. Mənzili əldə etmək üçün vətəndaşlar 12 aylıq kirayə haqqını əvvəlcədən ödəməlidirlər.

İpoteka ilə bağlı isə üç seçim mövcuddur: güzəştli, adi və kommersiya ipotekası.

İpoteka yolu ilə mənzil almaq istəyən vətəndaş isə ölkənin istənilən yerindən çıxarışı olan mənzili seçə bilər.

Amma burada tələb olunan ilkin ödəniş mənzilin dəyərinin təxminən 25-30%-i həcmində olur.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru