Ən böyük hərbi büdcəyə malik ölkələr açıqlandı

29-04-2025, 16:29           
Ən böyük hərbi büdcəyə malik ölkələr açıqlandı
Qlobal hərbi xərclər 2024-cü ildə maksimum səviyyəyə çatıb.

Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 28 aprel tarixində açıqladığı hesabatda qeyd olunub.

Sənədə əsasən, qlobal hərbi xərclər 2023-cü illə müqayisədə 2024-cü ildə 9.4% artaraq 2.7 trilyon ABŞ dollarına çatıb. Bu göstərici, Sovet İttifaqının dağılmasından sonra ən kəskin artım kimi qeydə alınıb.

ABŞ 2024-cü ildə 997 milyard dollarla dünyada ən yüksək hərbi xərclərə malik ölkə olaraq qalır.

Rusiya 2024-cü ildə hərbi xərclərini ÜDM-in 7.1%-nə qədər artırıb ki, bu da 149 milyard dollar təşkil edib. Məbləğ əvvəlki illə müqayisədə 38%, 2015-ci ildəkindən isə iki dəfə çoxdur.

2024-cü ildə Almaniyanın müdafiə xərcləri əvvəlki illə müqayisədə 28% çox olmaqla 88.5 milyard dollara çatıb. İndi Almaniya hərbi büdcəyə görə dünyada ABŞ, Çin və Rusiyadan sonra dördüncü yerdədir. 2023-cü ildə almanlar yeddinci yerdə idilər.

Digər Avropa ölkələri də müdafiə xərclərini kəskin şəkildə artırıblar: Polşa - 31% (ÜDM-in 4.2%-i, NATO-da ən yüksək göstərici), İsveç isə 34% (12 milyard dollara qədər).

Yaxın Şərqdə İsrail hərbi xərclərini 65% artırıb və 46.5 milyard dollara çatdıraraq önə çıxıb.

Beləliklə də, ən böyük hərbi büdcəyə malik ölkələrin ilk onluğu aşağıdakı kimidir:

1. ABŞ - 997 milyard dollar və ya ÜDM-in 3.4%-i (qlobal hərbi xərclərin 37%-i);

2. Çin - 314 milyard dollar və ya ÜDM-in 1.7%-i (qlobal xərclərin 12%-i);

3. Rusiya - 149 milyard dollar və ya ÜDM-in 7.1%-i (qlobal xərclərin 5.5%-i);

4. Almaniya - 88.5 milyard dollar və ya ÜDM-in 1.9%-i (qlobal xərclərin 3.3%-i);

5. Hindistan - 86.1 milyard dollar və ya ÜDM-in 2.3%-i (qlobal xərclərin 3.2%-i);

6. Böyük Britaniya - 81.8 milyard dollar və ya ÜDM-in 2.3%-i (qlobal xərclərin 3%-i);

7. Səudiyyə Ərəbistanı - 80.3 milyard dollar və ya ÜDM-in 7.3%-i (qlobal xərclərin 3%-i);

8. Ukrayna - 64.7 milyard dollar və ya ÜDM-in 34%-i (qlobal xərclərin 2.4%-i);

9. Fransa - 64.7 milyard dollar və ya ÜDM-in 2.1%-i (qlobal xərclərin 2.4%-i);

10. Yaponiya - 55.3 milyard dollar və ya ÜDM-in 1.4%-i (qlobal xərclərin 2%-i).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru