Xeops piramidasının SİRRİ: İçində gizli məkan kəşf edildi

29-04-2025, 17:48           
Xeops piramidasının SİRRİ: İçində gizli məkan kəşf edildi
Son illərin ən mühüm arxeoloji kəşflərindən biri baş verib. Beynəlxalq arxeoloqlardan ibarət tədqiqat qrupu Misirdəki məşhur Xeops piramidasında uzunluğu 30 metrə çatan gizli bir boşluq aşkarlayıblar.
Bu barədə "Nature" jurnalında xəbər verilib.

Tədqiqat zamanı müasir "müon tomoqrafiyası" texnologiyasından istifadə olunub. Bu üsul kosmik şüalar vasitəsilə piramidanın daxili strukturlarının üçölçülü təsvirlərini yaratmağa imkan verir.

Hələlik bu boşluğun hansı məqsədlə inşa edildiyi məlum deyil. Alimlər ehtimal edirlər ki, bu sahə dini əşyaların saxlandığı anbar, qədim bir rəsədxana və ya piramidanın konstruktiv dayanıqlığını təmin edən mühüm hissə ola bilər.

Bu mühüm tapıntı, təxminən 4 500 il əvvəl inşa edilmiş Xeops piramidasının mühəndislik texnologiyaları barədə yeni biliklər təqdim edə bilər. Arxeoloqlar bu unikal kəşfi daha da dərindən araşdırmağı planlaşdırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru