Mətbəxdə gizli xərçəng təhlükəsi: Uşaqlar üçün risk böyüklərlə müqayisədə 16 dəfə yüksəkdir

29-04-2025, 16:52           
Mətbəxdə gizli xərçəng təhlükəsi: Uşaqlar üçün risk böyüklərlə müqayisədə 16 dəfə yüksəkdir
Stenford Universitetinin alimləri qaz plitələrinin istifadəsinin ciddi xəstəliklərə, xüsusilə də uşaqlar üçün təhlükə yaratdığını müəyyən ediblər.
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Tədqiqatların nəticələrinə görə, qaz plitələri işlədikdə havaya "benzol" adlı zərərli maddə yayılır. Bu maddə leykoz və digər xərçəng növlərinin yaranmasına səbəb ola bilər.

Məlum olub ki, uşaqlar üçün bu risk böyüklərlə müqayisədə 16 dəfə yüksəkdir.

Araşdırma zamanı müxtəlif bişirmə şəraitlərində qaz plitələrinin yaydığı qazların tərkibi öyrənilib. Xüsusilə zəif havalandırılan və kiçik ölçülü mənzillərdə benzolun səviyyəsinin normadan dəfələrlə yüksək olduğu müəyyən edilib. Yemək bişirildikdən sonra bəzi evlərin yataq otaqlarında benzolun miqdarı təhlükəsiz həddən 3 dəfə artıq qeydə alınıb.

"Ventilyasiya riski azaltsa da, onu tam aradan qaldırmır. Gün ərzində pəncərələrin açıq saxlanılması benzol miqdarını 99% azalda bilər, lakin bu, hər bir evdə tətbiq edilə biləcək bir üsul deyil", - deyə tədqiqatda qeyd olunur.

Alimlər qaz plitələrindən istifadəyə dair qaydalara yenidən baxılmasını və güclü aspiratorların (mətbəx havalandırıcılarının) quraşdırılmasını tövsiyə edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru