Bonobo dişiləri - Heyvanlar aləmində erkəkləri cilovda saxlamağı bacaran yeganə varlıqlar

30-04-2025, 15:27           
Bonobo dişiləri - Heyvanlar aləmində erkəkləri cilovda saxlamağı bacaran yeganə varlıqlar
Elm dünyası maraqlı və diqqətçəkən bir kəşfə imza atıb. Məlum olub ki, bonobo dişiləri təbiətdə erkəklər üzərində hökmranlıq quran yeganə məməli növüdür.

Oxu.Az xəbər verir ki, bu qeyri-adi sosial dinamika ilə bağlı məlumat "Discover Magazine" nəşrində dərc olunub. Araşdırmanı Almaniyanın Maks Plank İnstitutunun alimləri aparıblar. Onlar bonobolar üzərində 30 ilə yaxın müşahidə apararaq bu nəticəyə gəliblər.

Tədqiqatçılar ümumilikdə 1 786 münaqişə halını təhlil ediblər. Nəticələrə görə, bu qarşıdurmaların 1 099-da qalib tərəf məhz dişilər olub.

Bonobo dişiləri güclü sosial koalisiyalar yaradaraq erkəklərə qarşı üstünlük qazanır, onları ağaclara qaçmağa məcbur edir və bəzən hətta xəsarət yetirirlər. Bu hal məməlilər aləmində son dərəcə nadir rast gəlinən bir nümunədir və "qadın həmrəyliyinin gücü"nü aydın şəkildə göstərir.

Alimlərin fikrincə, dişilərin bu üstünlüyü yalnız fiziki gücə əsaslanmır. Onlar, həmçinin ovulyasiya dövrünü məharətlə gizlədə bilirlər. Bu ağıllı strategiya erkəklərin onları tam nəzarət altına almasının qarşısını alır. Nəticədə bonobo dişiləri təbiət dünyasında unikal üstünlük əldə edirlər.

Araşdırma alimlərə cinsiyyət rolları və sosial münasibətlərə fərqli bir baxış bucağından yanaşmaq imkanı yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru