ABŞ-də AMG tərəfindən tüninq olunan 1991-ci il istehsalı "Mercedes-Benz W126" kupesi hərraca çıxarılıb.
Oxu.Az xəbər verir ki, təfərrüat "RM Sotheby's" hərrac evinin saytında açıqlanıb.
Avtomobilin 850 000 dollara satılması gözlənilir.
Bu modeldən yalnız 50 ədəd hazırlanıb və onlar kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir.
Bu xüsusi "Mercedes" yapon iş adamı üçün fərdiləşdirilib. Sportkarın V8 mühərriki 5.6 litrdən 6.0 litrə qədər artırılıb ki, bu da onun qüvvəsini 375 at gücünə qədər çoxaldır. 100 km/saatadək sürətlənmə 6 saniyə çəkir, maksimal sürət isə 288 km/saatdır.