Taksilərlə bağlı YENİLİK: Sürücülər gün ərzində yoxlanılacaq

Bu gün, 10:34           
Taksilərlə bağlı YENİLİK: Sürücülər gün ərzində yoxlanılacaq
SİMA-nın üztanıma texnologiyası qeyri-qanuni taksi fəaliyyətinin qarşısının alınması məqsədilə “Bolt”, “Uber” və “Yango” mobil tətbiqlərinə inteqrasiya edilir.

Milli.Az-ın əldə etdiyi məlumata görə, taksi sürücülərinin həqiqətən tətbiqdə görünən sürücü olduğundan əmin olmaq üçün gün ərzində təsadüfi aralıqlarla SİMA-nın rəqəmsal həlli vasitəsilə şəxsiyyət təsdiqi tələb olunacaq.

Avtomobili sürən şəxs sürücü kimi qeydiyyatdan keçmiş şəxs deyilsə, avtomatik olaraq onun xətti bağlanacaq və müştəri götürə bilməyəcək.

Yenilik uyğunluğu təsdiqlənmiş sürücülərin taksi fəaliyyətinə şərait yaradacaq, sürücü profilinin digər şəxslərə ötürülməsinin qarşısını alacaq və sərnişinlərin təhlükəsizliyinin təminini artıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru