Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur

Bu gün, 11:28           
Yeni soyutma texnologiyası:
Tavandakı borularla qurulan innovativ soyutma texnologiyası səssiz işləməsi və aşağı enerji sərfiyyatı ilə Avropada getdikcə daha çox populyarlıq qazanır. Bu yenilik hazırda temperaturu effektiv şəkildə tənzimləyən ventilyator və kondisionerləri əvəz edir.

Oxu.Az xəbər verir ki, bu barədə "Energy Reporter" məlumat yayıb.

Soyutma sistemi sadə, lakin effektiv prinsip əsasında işləyir. Soyuq havadan daha yüngül və az sıxlığa malik olan isti hava tavana qalxır, burada isə soyuq su ilə dolu borularla qarşılaşaraq tez bir zamanda soyuyur.

Bu texnologiya, adətən kondisionerlərlə əlaqələndirilən daimi səs-küy və hava axını olmadan otaqda stabil və komfortlu temperatur saxlayır. Proses zamanı divarlar daha az istilik udur və bu da ümumilikdə daha sərin, rahat mühitin yaranmasına səbəb olur.

Bu cür sistemlər artıq Skandinaviya, Almaniya və İsveçrə kimi ölkələrdə geniş yayılıb. Ənənəvi sistemlərlə müqayisədə enerji sərfiyyatının 30%-ə qədər azalmasına nail olunur.

ABŞ və Fransada isə bu texnologiyanın tətbiqi yeni başlayıb və əsasən müxtəlif tipli binalarda həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru