Sentyabrda üç göy cisminin tutulması baş verəcək

Bu gün, 09:42           
Sentyabrda üç göy cisminin tutulması baş verəcək
Sentyabrda Ay, Günəş və Veneranın tutulması baş verəcək.

Bu barədə Moskva Planetariumunun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, sentyabrın parlaq astronomik hadisələrindən birincisi ayın 7-də baş verəcək, söhbət Ayın tam tutulmasından gedir. Tutulmanın ümumi fazasının müddəti 1 saat 22 dəqiqə (Bakı vaxtı ilə saat 21:30-dan 22:52-dək) ​​olacaq. Belə anlarda Yerin peyki rəngini dəyişə və qırmızımtıl rəng əldə edə bilər.

Sentyabrın 19-da isə Veneranın tutulması baş verəcək. Venera Ayın arxasında saat 16:18-də gizlənəcək və Bakı vaxtı ilə saat 17:13-də peyda olacaq.

Günəşin qismən tutulması isə sentyabrın 21-də saat 21:30-da başlayacaq və sentyabrın 22-də Bakı vaxtı ilə saat 01:54-də başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru