Bakıda ərəb turistlərdən növbəti şərəfsizlik :

Bu gün, 09:18           
Bakıda ərəb turistlərdən növbəti şərəfsizlik :
Bakıda ərəb turistlərin növbəti dəfə qalmaqallı hərəkətləri müzakirələrə səbəb olub.
TEREF Sfera.az-a istinadən xəbər verir ki, paytaxtın mərkəzində - İSR Plazanın arxasında, Okean marketin üstündə yerləşən ərazidə bir qrup turistin insanlara qarşı yolverilməz davranışlar sərgilədiyi qeyd olunub.
Görüntülərdə onların əllərindəki su butulkalarını küçədə gəzən insanların üzərinə atdıqları əksini tapıb. Hadisənin şahidləri bu şəxslərin ərəb turistlər olduqlarını iddia edirlər. Onların sözlərinə görə, həmin an ətrafda olan vətəndaşlar vəziyyətə sərt reaksiya göstərsələr də, turistlər öz hərəkətlərini davam etdiriblər.
Xatırladaq ki, son günlər ərəb turistlərin Azərbaycanda davranışları ictimai narazılıq doğurub. Belə ki, ötən günlərdə bir qrup ərəb turistin Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər etməsi də geniş rezonans yaratmış, sosial şəbəkələrdə sərt şəkildə tənqid olunmuşdu.
Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru