Məşhur yazarların səhər yeməkləri - MARAQLI FAKTLAR

4-03-2017, 02:11           
Məşhur yazarların səhər yeməkləri - MARAQLI FAKTLAR
Keçmişin ən məşhur yazıçılarından bəzilərinin o əsrarəngiz əsərləri necə yazdığını heç düşündünüzmü? İnanmayacaqsız, amma dünyanın bir çox böyük əsəri məhz səhər yeməyi vaxtı yaranıb.
“Breakfast” jurnalı səkkiz yazarın içindəki dahiliyi hərəkətə keçirən yemək vərdişlərini bir araya toplayıb. Fins.az həmin həmin siyahını təqdim edir.
Emily Dickinson
ABŞ-lı qadın şair Emily Dickinson, 1862-ci ildə tamamilə evə qapandı , ən yaxın dostları ilə belə ölənə qədər bir daha heç vaxt görüşmədi. Bu təklik tam 25 il davam etdi və otağından heç yerə çıxmayaraq özünü yazmağa həsr etdi.
Amma xarici dünyayla əlaqəsini kəsməsi yaradıcılığına təsir etmədi. Şeirlərində heç vaxt yaşaya bilmədiyi eşqi və qovuşa bilmədiyi sevgilisini izah edən Emily Dickinson üçün səhər yeməyi vərdişi belə idi: Çovdar çörəyi, kərə yağı, yumurta və hisə verilmiş qızıl balıq ...
Marcel Proust
Fransız yazar Marcel Proust bizlərə təxminən 1 milyon 250 min sözdən ibarət 3 min səhifəlik “İtmiş Zamanın axtarışında” adlı nəhəng əsəri hədiyyə etdi. “Swann'arın tərəfi " adlı romanına "Hər şey çaya batırılan bir parça madlen şokolad ilə başlayır. Ortaya çıxan dad və qoxu özü minlərlə xatirə gətirər" cümləsi ilə başlayan əsərlə madlen şokoladını da ölümsüzləşdirdi.
Marcel Proustun səhər yeməyi üçün ən sevimli ərzaqları isə iki dilim ağ çörək və iki stəkan süddən ibarət imiş. Olduqca sadə və rahat, elə deyilmi?
Gustave Flaubert
Dünya ədəbiyyatı klassiklərindən sayılan “Madam Bovary”ni yazan Gustave Flaubert ədəbi realizm axınını da başladanlardandır. Yazarın "Madam Bovary mənim" sözləriylə nə demək istədiyi 130 ildir müzakirə edilir. Flaubert kitabın baş qəhrəmanı Emmanın intiharını izah edə bilmək üçün özünü ağır bir işə verdiyini və buna görə xəstə olduğunu söyləyirlər.
Yaxşı, bu cür yazmaq eşqli bir yazıçı səhərlər nə yeyirdi? Fransız roman yazarı günə gec saatlarda , ümumiyyətlə bir fincan soyuq şokoladla və bəzən də şokoladın yanında yumurta və meyvələrlə başlayırdı.
4. Jane Austen 1775-1817 illərdə yaşayan, “Qürur və Mühakimə”, “Emma” kimi əsərlər yaradan İngilis roman yazarı Jane Austennin romanlarında çay mərasimlərinə tez-tez rast gəlinir. Eyni zamanda bacısına yazdığı məktublardan birində çaya nə qədər düşkün olduğunu da söyləyir: "Yeni çaydan içməyə başlayanda mənə xəbər ver".Austen, səhər 09:00-da yemək hazırlayardı. Süfrədə ümumiyyətlə çay və çörək, ya da isti sendviç çörəkləri ilə keyfiyyətli kərə yağı olardı.
Onoré de Balzak
Fransız yazar Balzak bəlkə də tarixdə ilk qəhvə düşkünüydü. Gündə 40-50 stəkan qəhvə içdiyi deyilən “qəhvəli kəndin nağılbazı”, bütün gecə heç dayanmadan, əli qıc olana qədər yazarmış. Fasiləsiz 4-6 saatlıq bir yazma müddətindən sonra, daha yaza bilməyəcəyini hiss etdiyi anda isə ləbləbi yeməyə başlarmış Qəhvə bişirmə işini kimsəyə etibar etməz, ləbləbini də yanından əskik etməzmiş . Səhər yeməyi anlayışı da qəhvədən ibarət olan yazarın ölümü qəhvə zəhərlənməsindən öldüyü rəvayət edilir.
Lev Nikolayeviç Tolstoy
Bir şah əsər olan “Anna Karenina”nın yaradıcısı, məşhur rus yazıçısı Tolstoyun səhər yeməyi vərdişləri haqqında oğlu Sergey belə söyləyir: "Saat 09: 00-dan sonra atam yuyunmamış və əynini dəyişmədən otağından çıxıb salonun altındakı otaqda günə hazırlanırdı. Yolda onunla qarşılaşsaq bizi tələsik və könülsüz salamlardı. “Atamız yuyunanadək hövsələsiz olur” deyərdik. Sonra o da səhər yeməyi üçün üst qata çıxar və ümumiyyətlə iki qaynadılmış yumurta yeyərdi. Yeməkdə çox danışmaz, qısa bir müddət sonra bir stəkan çayla birlikdə iş otağına çəkilirdi. "
D. Salinger
“Könül oğrusu” (və ya “Çovdar tarlasında uşaqlar”) romanıyla böyük şöhrət qazanmış ABŞ-lı sirrli yazar Salinger, bu kitabıyla hər kəsin könlünü fəth etdi. Hətta kitab müasir zamanların da şahı olaraq qiymətləndirildi. Bu şah əsərin müəllifi isə həyatının son illərini tənha keçirdi, yazdığı heç bir şeyi paylaşmadı. Yaxın zamana qədər əlimizdə yalnız bir neçə fotoşəkili varkən, artıq haqqında çox şey bilirik.
Salinger, süd və İsveçrə pendirli buterbrodu səhər yeməyində süfrəsindən əskik etməzdi. Səhərlər olmasa da hamburger yeməyi sevdiyi də söylənilir.
Edmondo De Amicis
İlk əvvəl səyahatnamələri ilə tanınan İtalyan yazar 'Uşaq Ürəyi' adlı romanı ilə şöhrətini bütün dünyaya yaydı. Edmondo De Amicis, 1874-ci ildə ziyarət etdiyi və olduqca təsirləndiyi İstanbulu təsvir edən kitab da yazıb. Xüsusi yemək ayrı-seçkiliyi etməyən Amicis, səhər yeməyinin bir ev üçün əvəzedilməz olduğunu söyləyərdi. Qayıq, küçə və ya bir restoran fərq etməz; yemək yediyimiz hər yer ev abu-havası yaradaraq aramızda duyğusal bir bağ qurduğunu düşünürdü.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.