Fikrət Fərəməzoğlu həbsinin gerçək səbəbini açıqladı

7-03-2017, 01:27           

Həbsdə olan jurnalist, “jam.az” saytının rəhbəri Fikrət Fərəməzoğlu həbsinin səbəbi haqda yeni məlumat əldə etdiyini açıqlayıb Onun fikirlərini xanımı Faiqə Nüsrəti özünün feysbuk səhifəsində paylaşıb.

F.Fərəməzoğlu iddia edir ki, bu yaxınlarda aldığı məlumata görə, “Bandotdel” rəhbərliyi MTN-nin iş adamları, habelə digər şəxslərlə bağlı şantaj videolarının bir qisminin onda olduğu qənatəinə gəlib: “Bu yaxınlarda mənə məlum olub ki, “Bandotdel”in əməliyyatçıları həm evimdə, həm də maşınımda hansısa görüntülərin olduğu flaş kart və CD-lər axtarıb. Hətta evimdə və maşınımda olan bütün CD-ləri özlərilə götürüblər. Qəribədir ki, götürülən əşyaların heç biri haqqında istintaq materiallarında məlumat verilməyib”.

Jurnalistin verdiyi xəbərə görə, hələ həbsinin ilk günlərində, həm əməliyyaçılar, həm də müstəntiq ondan hansısa görüntülər barədə israrla soruşurmuş. Lakin o, həmin vaxt onların nə axtardıqları və nə istədiklərini anlamayıb, çünki bunu dolğun şəkildə ifadə etməyiblər.

“Evimdən və maşınımdan götürülən CD-lər və noutbukumda aparılan axtatışlardan əllərinə heç nə çatmadığını görüb, bərk pərt olmuşdular. Ona görə ki, əllərinə çatan “qənimət”in içində uşaqlarımın bağça şəkilləri, toy görüntülərindən başqa heç nə yox idi”, – deyə F.Fərməzoğlu qeyd edib.

Jurnalis iddia edir ki, onda MTN-ə məxsus çəkilişlərin olduğu haqda “Bandotdel”ə yanlış məlumatı “reket jurnalist” kimi tanınmış bəzi şəxslər ötürüb: “Həmin məlumatı “Bandotdel”ə bir neçə jurnalist verib ki, mətbuat dünyasında daha çox qeyri-ciddi adam kimi tanınırlar. Belə adamlara inanmaq, onların verdiyi məlumatlara əsaslanıb məni həbs etmək “Bandotdel”in, ümumilikdə DİN rəhbərliyinin ən uğursuz əməliyyatıdır”.

F.Fərəməzoğlunun məlumatına görə, “Bandotdel”in axtardığı görüntülərin bir qismi DTX-in keçirdiyi əməliyyat zamanı yaxalanmış “reket” jurnalistlərin komputerindən və ofisindən çıxıb.

“DTX-nin əməliyyatından sonra “Boandotdel”in nəinki əməliyyatçıları, hətta rəhbərliyi şok vəziyyətində idi. Çünki axtardıqları, həm məndən çıxmamışdı, həm də yuxarıları aldadıb, yalan məlumat vermələri faş olmuşdu. Ən əsası isə həmin görüntülər rəqib əlinə keçmişdi. Bunu dolayısı ilə özləri də etiraf edirdilər. Ona görə də mənim həbsimi ört basdır etmək üçün özlərinin ən həyasız üzəduranlarının xidmətlərindən maksimum dərəcədə yararlanmaqdan başqa çıxış yolları qalmadı”.

F.Fəraməzoğlu vurğulayıb ki, onda nəinki MTN-ə aid olan, hətta başqa hər hansı şantaj xarakterli görüntülər olmayıb və olması mümkün deyil: “Mənim MTN-lə yaxından-uzaqdan heç bir əlaqəm olmayıb. Əksinə hələ 2008-ci ildə MTN rəhbərliyi qəzetimi əlimdən alıb, özümü 3 gün həbsdə saxlayıb. Eyni zamanda, MTN-i ən çox tənqid edən və onun qeyri qanuni fəaliyyətlə məşğul olduğunu ifşa edən az sayda jurnalistlərdən biri mən olmuşam. Buna müəyyən etmək heç də çətin deyil. Rəhbəri olduğum sayta baxmaq kifayətdir”.

F.Fərəməzoğlunun bir sıra ittihamlar irəli sürdüyü və adlar çəkidiyi məlumatını tam olaraq buradan oxuya bilərsiz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.