DTX-nın əksər əməliyyatlarının məhvetmə ilə nəticələnməsi normaldırmı?

11-03-2017, 16:41           
DTX-nın əksər əməliyyatlarının məhvetmə ilə nəticələnməsi normaldırmı?
İlham İsmayıl: “Cinayətkarların məhv edilməsi meylinin artması yaxşı tendensiya deyil”
“Onları diri əl keçirmək daha böyük peşəkarlıq tələb edir”


Məlum olduğu kimi, DTX-nın martın 10-da silah qaçaqmalçılarına qarşı həyata keçridiyi əməliyyat nəticəsində iki cinayətkar məhv edilib. Məlumat üçün qeyd edək ki, adıçəkilən qurumun bunca öncə həyata keçirdiyi əksər əməliyyatlar da cinayətkarların məhv edilməsi ilə nəticələnib.
Maraqlıdır, DTX-nın əksər əməliyyatlarının məhvetmə ilə nəticələnməsi bə dərəcədə normaldır? DTX niyə cinayətkarların diri ələ keçirilməsinə deyil, onlaırn məhv edilməsinə daha çox təşəbbüs göstərir? Cinayətkarı diri ələ keçirməyə deyil, məhvetməyə hesablanan əməliyyatlar peşəkarlıq nöqteyi-nəzərindən nə dərəcədə doğrudur?
Moderator.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrəə ekspert İlham İsmayıl cinayətkarın diri olaraq ələ keçirilməsinin daha böyük peşkarlıq tələb etdiyini bildirib:
“Öncə onu deyim ki, bir müddət bundan öncə radikal dindarlara qarşı həyata keçirilən əməliyyatlar zamanı onların məhv edilməsi il bağlı informasiya yayılmışdı. O zaman mən düşündüm ki, ola bilsin elə bir situasiya yaranıb ki, DTX əməkdaşlarına qarşı silahl müqavimət olub və bu səbəbdən də onlar məhv edilib. Lakin məsələyə professionallıq nöqteyi-nəzərindən yanaşsaq, istənilən cinayətkarın diri ələ keçirilməsi daha vacibdir. Çünki əlavə informasiyalar almaq, daha böyük təşkilat və qruplara çıxmaq üçün bu, lazımdır.

Silah qaçaqmalçılarını da çalışıb diri tutmaq lazım idi. Baxmayaraq ki, bu məsələlərdə qeyd etdiyim kimi, çox şey situasiyadan asılı olur.
Hesab edirəm ki, cinayətkarların məhv edilməsi meylinin artması yaxşı tendensiya deyil. Əgər bu əməliyyat polis, yaxud Sərhəd Qoşunları tərəfindən həyata keçirilsəydi, bu, o qədər də təəccüb doğrumazdı. DTX isə daha çox professionallıq sərgiləməli, böyük təşkilatlara, qiymətli informasiyalara çıxmaq üçün cinayətkarın diri ələ keçirilməsinə nail olmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.