RUSİYANIN CASUS GƏMİSİ ABŞ SAHİLLƏRİNDƏ! – “Mən onu batıra bilərdim…”
20-03-2017, 12:03
Rusiyanın kəşfiyyat gəmisi Amerikanın Corciya ştatındakı Kings-Bey sualtı qayıqlar bazasından 20 mil yaxınlıqdan keçməklə, yenidən ABŞ-ın şərq sahillərində görünməyə başlayıb.
“CBS News”un müxbiri Devid Martin məlumat verir ki, ”Viktor Leonov” (NATO təsnifatına görə, bu, ümumi kəşfiyyat məlumatı toplayan yardımçı gəmidir) aprel ayının ortasında Yamayka portuna gəlməlidir.
“Leonov” fevral ayında ABŞ-ın Vircinyadakı hərbi-dəniz bazasında və Konnektikutdakı Nyu-London sualtı qayıqlar bazasının yaxınlığından üzərək keçib. Amerikanlar şərq sahillərinin fevral ayındakı patrulu zamanı Rusiya gəmisinin beynəlxalq sularda qalmaqla, sahilə 17 milədək yaxınlaşdığını müşahidə ediblər.
“Leonov”un gəzintisi rus hərbçilərin iştirak etdiyi həyəcanlı hadislər içərisində növbəti insident oldu. Fevral ayında Rusiya təyyarələrindən ibarət qrup, Qara dənizdə Amerikan esminesinin üstündən uçdular, ABŞ isə Rusiyanı silahlar üzərində nəzarət müqaviləsini pozaraq, gizlicə qanadlı raketlər yerləşdirməkdə ittiham edib.
“CBS News”un Ağ Ev müxbiri Meycor Qarret bütün ölkəyə canlı yayımlanan mətbuat konfransı zamanı prezident Trampdan baş vermiş hadisə barəsində soruşub.
Tramp bildirib ki, bu yaxşı hal deyil, lakin o vurğulayıb ki, həmin təxribart hərəkətlərini Vladimir Putin tərəfindən yoxlama adlandırmaq heç də düzgün deyil. Tramp əlavə olaraq deyib: ”Mənə elə gəlir Putin fikirləşir ki, o, artıq mənimlə razılaşa bilməyəcək. Siyasi nöqteyi-nəzərdən razılığa gəlmək, siyasətçi tərəfindən populyar addım sayılmır. Rusiyaya qarşı özümü sərt aparmaq mənin üçün daha asan olardı. Amma onda biz onunla siyasi sövdələşmə əldə edə bilmərik”.
Həmin mətbuat konfransında prezident əlavə olaraq qeyd edib: ”Mənim edə biləcəyim ən yaxşı şey, həmin gəminin sahildən düz 30 mil uzaqlıqda batırılması olardı”.
Ancaq bütün bu sözlərə baxmayaraq, Tramp həmin təxribatla bağlı suala konkret cavab verməkdən yayınıb.
“Viktor Leonov”un uzunluğu, təxminən 100 metrdir və o, xüsusi olaraq kəşfiyyat üçün hazırlanıb. Gəminin müasir aparatları Radio Lokasiya Siqnallarını (RLS) və digər elektron vasitələrindən gələn siqnalları yaxalaya bilər.
Rusiya Dəniz Potensialını Öyrənmə İnstitutunun (Russian Maritime Studies İnstitute) direktoru Maykl Peterson bu gəminin geniş həcmli gizli məlumatlar toplaya biləcəyinə şübhə ilə yanaşır.
Peterson “CBS”-in “This Morninq” (Bu səhər) proqramında söyləyib: ”Nə vaxt bizə bəlli olur ki, gəmi öz aparatının tutma məsafəsinə qədər yaxınlaşır, onda bu gəminin yaxalamamamsı üçün, özümüzün radio və ya radiolakasiya dalğalarından və həmçinin də digər elektron şüalandırmalarımızdan istifadə etməyəcəyik”.
Rusiya gəmiləri kəşfiyyat məqsədi ilə Amerikan sularının yaxınlığına çox tez-tez gəlirlər. “Viktor Leonov” ABŞ-ın Atlantik sahilləri boyunca əvvələr – 2014 və 2015-ci illərdə də üzüb. Rusiyanın gəmisi 2015-ci ildə Havana portuna da daxil olub. Onda Rusiyanın yüksək vəzifəli nümayəndə heyəti Kubaya tarixi ziyarət etmişdi.
Maykl Peterson deyib: ”Biz onların nə etdiyini bilirik və onlar da bilirlər ki, biz onların nə etdiyini bilirik”.azpolitika//