Rusiya “Titanik” kimi batır – Təhlil
30-06-2015, 23:11
Faktlar amanszdır: Rusiya iqtisadiyyatı apreldə tənəzzül tempini 4,2%-ə qədər artırıb. Heç bir mütəxəssis bu cür neqativ inkişafı təxmin etmirdi. Bu, sübut edir ki, Kreml imperiyası gilayaqlı azmandır və bunu bir gecədə dəyişmək olmaz.
Həm də daha pis olacaq: Ümumdünya bankının ekspertləri Rusiyadakı geriləmənin davamlılığını proqnozlaşdırırlar. Səbəbi harada axtarmalı?
Əlbəttə, Rusiyanın Krımı işğal etdiyinə və Ukraynanın şərqində münaqişə qızşıdırdığına görə Qərbin iqtisadi sanksiyaları da öz rolunu oynayır. Lakin əsas səbəb Rusiyanın tamamilə ixracından asılı olduğu enerjidaşıyıcılarının – neft və qazın qiymətinin düşməsidir.
Qara qızılın bu gün keçən ildəkindən daha ucuz olmasına görə bu sahədə dünya üzrə liderlik edən, lakin gözlənilməz nəticələrə nail olan oyunçulardan biri - Səudiyyə Ərəbistanı məsuliyyət daşıyır. Lap morav mahnısında olduğu kimi: ovçu tülküyə atəş açırdı, amma bacıcığazına dəydi. “Ovçu” – Səudiyyə Ərəbistanı indiki halda neftin aşağı qiyməti ilə tülküyə - məhv etmək istədiyi Amerikanın şist qazı hasilatçılarına atəş açırdı. Lakin gerçəklikdə Rusiyanı – artıq yıxılmış “bacıcığazı” vurdu.
Səudlar isə dünya birjasında neftin qiymətini hər barrelə görə indiki 65 dollar civarında saxlamağı planlaşdırırlar. Lakin bu rəqəmin 100 dollardan yuxarı qalxmasına ehtyacı olan Rusiya üçün isə bu, ağlasığmaz dərəcədə azdır.
Bu sərt həqiqət təsdiq edir ki, Rusiya iqtisadiyyatı enerjidaşıyıcıları ixracatından hədsiz dərəcədə asılıdır. Əlbəttə, Rusiya zəif inkişaf etmiş ölkələrin yox, daha çox inkişaf edən ölkələrin iqtisadiyyatına oxşayır. Lakin ruslar bundan heç nə əldə edə bilmirlər.
Rusiyanın indiki iqtisadi çətinlikləri onun iqtisadiyyatının rəqabətə davamsız, dünyann inkişaf etmiş bazarlarında yer tapa bilməyən məhsul istehsal etməyinin aydın sübutudur. Buna görə də ölkə neft və qaz ixracına güvənməli olur.
Üzə çıxmış bu zəif yerləri Rusiya prezienti Vladimir Putin də bilir və durumu dəyişmək istədi. Lakin buna nal ola bilmədi və əvvəlki tək baş tutmur.
Və bu onun Kreml erasının ən böyük iflaslarından biridir. Hətta baş nazir Dmitri Medvedyev də bildirdi ki, Rusiyanı ağır dövrlər gözləyir və çox şeyə qənaət etmək lazım gələcək.
Məlumat verildiyi kimi, ictimai rəyin son sorğusu göstərdi ki, Putin, doğrudan da, Rusiya əhalisinin 89%-nin dəstəyinə malikdir. Lakin sorğular (ümumiyyətlə, mən Rusiya sorğularına çox ehtiyatla yanaşıram) başqadır, gerçəklik başqa. Ser Uinston Çörçilin bildirdiyi kimi, yalnız özünün saxtalaşdırdığı statistikaya inanır. Gerçək olan Putinin “Vahid Rusiya” partiyasının qəribə məğlubiyyətidir. Partiyanın namizədləri Baltikyanı Kalininqrad vilayətində bir mandat da əldə edə bilmədilər. Hansı ki, hələ 2011-ci il Duma seçkilərində bu bölgədə seçicilərin 42.6%-i “Vahid Rusiya”ya səs vermişdi.
Mən Qərbi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə gətirib çıxardan səbəbləri bilirəm. Lakin onun ləğv edilməsi Putini səbəbi başqa yerdə gizlənən bütün problemləri Qərbin üzərinə yıxmaqdan məhrum edə bilərdi. Həm də onda aydın olacaqdı ki, kral lütdür.
Yan Zinqler
"Parlamentnilisty.cz" (Çexiya), 30.06.2015
strateq az