Mərkəzi Bankın göstərişini "qulaqardına vuran" banklar kredit faizlərini qaldırdılar

6-07-2015, 22:09           
Mərkəzi Bankın göstərişini "qulaqardına vuran" banklar kredit faizlərini qaldırdılar
Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1%-i keçməməsi barədə verdiyi göstərişdən 1 həftə keçir.

Fins.az-ın bank sektorunda apardığı araşdırma nəticəsində məlum olub ki, bankların bir qismi komisyon haqqını 1%-ə qədər azaltsa da, bəzi banklarda vəziyyət dəyişməyib və onlar AMB-nin göstərişini sadəcə tövsiyyə kimi qəbul ediblər.

Mərkəzi Bankın göstərişini "qulaqardına vurublar"

Məsələn, aktiv kreditləşmə ilə məşğul olan “AGBank”da komisyon haqqı 5,5-9,5%, “Azərbaycan Beynəlxalq Bankı”nda 7-12%, “Bank BTB”də 4-6%, “Parabank” və “Rabitəbank”da 2%, “Caspian Development Bank”da 3-5%, “Muğanbank”da 6-11%-dir.

“Amrahbank”, “Bank of Baku”, “Bank Respublika”, “Bank Silk Vey”, “Bank Nikoil”, “Turanbank”, “Unibank”, “Yapı Kredi Bank Azərbaycan” isə komisyon haqqını 1%-ə endirib.

Komisyon haqqını azaldıb, illik faiz dərəcəsini artırıblar

Bununla belə, araşdırma nəticəsində məlum olur ki, komisyon haqqını 1%-ə qədər azaldanlar əvəzində kreditlərin illik faiz dərəcəsini artırıblar. Məsələn, hazırda “Bank of Baku”da manatla kreditlər illik 35-39%-lə, dollarla kreditlər isə 34-38%-lə verilir.

Halbuki komisyon haqqını azaltmazdan əvvəl bank milli valyutada kreditlər 32-34%-lə, xarici valyutada kreditləri isə 28-30%-lə ayırırdı. Komisyon haqqını azaltmış “Unibank”da isə manatla kreditlər 32%-dən 40%-ə qədər, dollarla kreditlər isə 26-28%-dən 35%-ə bahalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru