Hitlerə görə 6 övladını əlləri ilə boğan qadın — Maqda Gebbelsin həyatı
23-11-2017, 13:53
Maqda Gebbels nasist Almaniyasının ən maraqlı qadınlarından sayılır.
"Ölkə.Az" bu gün Maqda haqqında oxucularına məlumat verəcək. Maqda Hitler uğrunda həm intihar edir, həm də altı övladını əlləri ilə öldürür.
Maqda tarix səhnəsinin ən qəribə xarakterlərindən biridir. Bunun səbəbi isə liderinə həddindən artıq bağlı olmasıdır.
Maqda Hitlerin propoqanda naziri Cozef Gebbelsin həyat yoldaşıdır. Amma ərinə olan sevgisindən də qat-qat çox sevgisi faşist diktator Adolf Hitlerə olub. Xanım Gebbels Hitler uğruna həm altı övladını, həm də özünü gözünü qırpmadan öldürüb.
Qadın Hitlerə olan sevgisi barədə demişdi: "Ərimi də sevirəm, amma liderimizə olan sevgim daha güclüdür. Ona görə həyatımı da fəda edə bilərəm. Liderimizin Almaniyaya olan sevgisinə görə heç bir qadını sevə bilməyəcəyini anladığım üçün sırf ona yaxın olmağa görə Cozeflə evləndim".
Adolfun intihar xəbərini alan Maqda əvvəlcə uşaqlarını yataqlarına uzadaraq yatızdırır. Sonra isə tək-tək əlləri ilə öldürür. Bundan sonra isə əri ilə birlikdə intihar edir.
Nasist Almaniyasında nümunəvi ana modeli olaraq xalqa təqdim edilən Maqdanın Hitlerə sevgisi o qədər böyük idi ki, uşaqlarına ad qoyanda baş hərf olaraq "h" hərfini seçmişdi. Hətta Hitlerin adında 6 hərf olduğu üçün 6 övlad dünyaya gətirmişdi.
İşin maraqlı tərəfi isə Maqdanın keçmişidir. Maqda İsrailin qurulmasında önəmli bir rolu olan Çeym Arlosoroffun yanında uzun müddət qalıb və münasibət də qurmuşdu. Hitler iqtidara gəldikdən sonra ona olan heyranlığı artır və Maqda özünü bu mübarizəyə həsr edir. Amma uzun illər keçmişini gizli saxlayır. Gənclik illərində yəhudilərlə dostluq edən, bir yəhudinin yardımını alıb və onunla sevgili olan Maqda qısa müddət ərzində ən böyük yəhudi düşməninə çevrilir.
Müharibə yaxınlaşdıqca mövzunu gizli saxlamır və Hitlerə danışır. Öldürülməsi gözlənilən Maqda Hitler tərəfindən əfv edilir. Gənclik illərində görüşdüyü yəhudi isə qısa müddət sonra qətlə yetirilir. Bir versiyaya görə, Hitlerin Maqdaya marağı da olub.
Hitlerin və Nasist fəlsəfəsinin olmadığı bir dünyada yaşamağı qəbul etməyən Maqda övladlarına və öz canına qıyır.
Keçmiş dostlarını işkəncə altında ölməsindən də zövq alan bu qadın faşizmin qaranlıq üzünü sübut edən nümunələrdən biridir...