Həbsdə olan əməkdar müəllimə: - "Utanıram, qurban olum, vaxt verin..."

29-01-2018, 14:36           
Həbsdə olan əməkdar müəllimə: - "Utanıram, qurban olum, vaxt verin..."
Dələduzluqda təqsirləndirilən 62 yaşlı əməkdar müəllimə Nuriyə Ağayevanın cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs məhkəmədən vaxt istəyib.

O bildirib ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyəcək: "Xahiş edirəm, mənə bir az da vaxt verin. Mən bu şəxslərin pulunu bir nəfərə vermişəm, o da gətirib qaytaracaq. Hazırda həmin adam Türkiyədədir".

Ənəkdar müəllimə qeyd edib ki, zərərçəkmiş şəxslərin üzünə baxa bilmir: "Vallah, baxa bilmirəm, utanıram. Xahiş edirəm, qurban olum, mənə bir az vaxt verin. Pulları ödəyəcəm".

Hakim təqsirləndirilən şəxsə 20 gün vaxt verib. Proses fevralın 19-da davam edəcək.

Qeyd edək ki, N.Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşları övladlarını ali məktəblərə qəbul etdirəcəyini vəd edərək pullarını ələ keçirib. Dəymiş ziyan ümumilikdə 50 min manata yaxındır.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru