Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?-İstintaq materialları

20-02-2018, 11:00           
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?-İstintaq materialları
Rövşən Lənkəranski ilə bağlı istintaq materiallarından maraqlı materialları təqdim edirik.

A24.az Bu yazımızda sizə R.Lənkəranskinin İtaliya həbsaxnasında olarkən, “Kriminal” kimi Vatikana-Roma Papasına, Moskva və Bütün Rusiyanın patriarxı Kirillə, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə yazdığı məktub barədə məlumat verəcəyik.

R.Lənkəranski Lənkəran və lənkəranlıları tədqiq etmək üçün Rusiya Federasiyasının yaxın və Orta Şərq Xalqları İnstitutunun, Rusiya Elmlər Akademiyasında özünə xeyli dost tapmışdır. Rus tədqiqatçılarından D.Pavlov, M.Dudaşkin, L.Smirnova Lənkəran və onun qədim tarixi haqqında rus və ingilis dillərində kitablar nəşr etdirdilər. Kitabların maliyyə dəstəyi, yayımlanması və təbliği iş adamı Rövşən Lənkəranskiyə aid idi. O, həm də insanlara qarşı sədaqətli idi. Moskvada-“Motrosskaya tişina”da cəzasını çəkərkən, Rusiya Federasiyasında, eləcə də dünyanın istənilən guşəsində yaşayan azərbaycanlılara müraciətində qeyd edirdi: “…Mən sizsiz məhv olaram. Mənim sizsiz dəyərim yoxdur. Tənha qalanda, darıxanda, özümü kimsəsiz və yaxud gücsüz… sayanda başımın üstündəki Azərbycan xəritəsinə baxıram…”.

Kriminal dünya yeganə dünyadır ki, orada zaman və tarix biri-birinə qarışmır, biri-birinə mane olmur. Maraqlı bir məqama baxın. Dünyanın ən sivil ölkələrinə yaşamaq üçün baş götürüb gedən onlarla azərbaycanlı sadəcə tanışlıq, dostluq etmək məqsədiylə Bakıya, Lənkərana üstündə “Çatacaq Rövşən Lənkəranskiyə” və yaxud “Rövşən Lənkəranski üçün” başlıqlı məktublar yola salırdılar. Amma məlum məsələ idi ki, məktublar ünvanına çatmırdı. Araşdırmalara görə təkcə 2015-2016-cı illərdə Vaşinqtondan (ABŞ) 425, RF-dan 647, Fransadan 236, İtaliyadan 794, Böyük Britaniyadan 355, Ərəb ölkələrindən üst-üstə 600-dən çox məktub göndərilmişdi. (Adları qeyd olunan hər bir səfirlikdə bununla bağlı yazışmalar var). Nə idi məqsəd bu məktublarda? İnsanlar kimliyindən, irqindən, dinindən, dilindən asılı olmayaraq, hamı imdad diləyirdi.

Belə anları Lənkəranda Canıyevlər ailəsi çox yaşayıb. Haqsızlıqla üzləşən, çətinlik qarşısında əzilən və sıxılan, təhqir olunan adamlar həmişə sığınmaq üçün milis (polis) Rafiq Canıyevi (Rövşənin atasını) axtarırdılar. Çünki o insalara münasibətində qayğıkeş, ədalətli və səxavətli idi. Vaşinqtonda (ABŞ, Kolumbiya dairəsi) nəşr olunan “Covert Action” (“Kovert ekşn”-“Gizli fəaliyyət”) informasiya bülletenində ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin Azərbaycan Respublikasının Kriminal dünyası ilə bağlı hesabatında qeyd olunur: “Keçmiş İttifaq respublikalarının hər birində özünəməxsus kriminal durum var. Onların hamısı demək olar ki, bir-birinə bənzəyir və yaxud eyni qaydada əməliyyat keçirirlər. Kəşfiyyat materiallarına istinadən Azərbaycanın İran İslam Respublikası ilə sərhəd yaşayış məntəqəsində olan Lənkəranda anadan olan Rövşən Canıyev (Lənkəranski) dünya kriminal aləmində çox qədimdən formalaşan “Əgər hökm etmək istəyirsənsə, öldür… Öldür, hökm elə!” prinsipini alt-üst etdi. O, öz dostlarına, güc və hökmlərini silah və güllədə görən kriminal aləmin “qanuni oğru”larına başa saldı ki, silahsız, gülləsiz heç kəsə əzab və işgəncə vermədən, zülm altında saxlamadan da güclü olmaq, nüfuz sahibi kimi yaşamaq mümkündür.

Araşdırma materiallarına görə Azərbaycanda “Kriminal durum və Dövlət” adı ilə ABŞ MKİ-nin hazırladığı arayışların artıq “məxvi qrif”i götürülüb. Sənədləri A.Linkolkn kitabxanasında açıq şəkildə istifadəyə qoyublar. Oxumaq olar. Lakin istifadə edərkən, hər hansı bir məlumatı köçürmək qeyri-mümkündür. Məlumata görə gələcəkdə Azərbaycanda baş verə biləcək hər hansı bir siyasi-kriminal hadisələrdə iştirak etmək üçün Rövşən Lənkəranski ABŞ MKİ tərəfindən dəfələrlə əməkdaşlıq üçün təklif alsa da, bundan imtina etmişdir. Çünki o, baş verən ölüm və terror hadisələrindən uzaq idi. İnsanları günahsız yerə öldürüb sıradan çıxarmaq onun peşəsi deyildi.

Araşdırma zamanı çox ciddi məntiqə söykənən məslələr ortaya çıxır. Məlum olur ki, ömrünün bir parçasını dünyanın bir neçə həbsxanasında keçirən Rövşən Lənkəranski İtaliya həbsxanasında “Kriminal” kimi Vatikana-Roma Papasına, Moskva və Bütün Rusiyanın patriarxı Kirillə, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə insanı və cəmiyyəti düşündürən bir məktub göndərib. Bu bəlkə də “Kriminal dünya”dan göndərilən ilk məktub idi. Məktub müəllifi heç kəsdən imdad diləmirdi, azadlıq istəmirdi. O, öz məktubunda yaşadığımız dünya üçün yeni bir konsepsiyanın,

“İnsanlığın və cəmiyyətin dünyanın şər və böhtandan xilas olma yollarını izah edən yeni bir konsepsiyanın, təlimin” yaradılmasını və bunun hər yerdə geniş təbliğini istəyirdi. Ali Din Rəhbərlərini titrədən bu məktub məlumata görə Vatikan arxivində saxlanılır. Məktubun müəllifi Rövşən Lənkəranski istəyirdi ki, belə bir təlim və konsepsiya yazılsın, Ali Dini Mərkəzləri türmələrdə, kazarma və baraklarda əzab-əziyyət çəkən, haqsız yerə incidilən insanları, şər və böhtan altında əzilən və nəhayət özlərinə qəsd edib, intihar edən adamları düşünsünlər.

A24.az//Pərvin Abgül












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.