Dünyanın ən hündür dağı Everest deyil

21-02-2018, 01:07           

Bu günə qədər dünyanın ən hündür zirvəsi kimi tanıdığımız Everest dağı heç də “dünyanın ən hündür zirvəsi” statusuna sahib deyilmiş.

teref.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Feysbuk hesabına istinadən xəbər verir ki, dünyanın ən hündür dağı deyiləndə çox insanın ağlına Everest gəlir. Lakin bu heç də belə deyil:

“Havay adalarında yerləşən Mauna Kea dünyanın ən yüksək dağıdır. Sakit okeanın dibindən yüksələn Mauna Kea əslində sıralamada ilk pillədə yer alır. Vulkanik bir dağ olan Mauna Keanın okean səviyyəsinin üst hissəsində qalan hissəsinin hündürlüyü 4207 metrdir. Okeanın dibindən etibarən hündürlüyü isə 10.100 metrə bərabərdir. Bu aspektdən yanaşdıqda görmək mümkündür ki, Mauna Kea dünyanın ən yüksək dağı ünvanının sahibidir. 1 milyon yaşındakı Mauna Kea son olaraq 4600 il əvvəl aktiv vəziyyətə gəlmişdi”.

Qeyd edək ki, dünyanın ən hündür zirvəsi kimi tanınan Everest dağının hündürlüyü 8848 metrdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.