M.Ə.Rəsulzadənin İran qəzetinə məktubu - Zəruri bir izah

22-02-2018, 09:51           
M.Ə.Rəsulzadənin İran qəzetinə məktubu - Zəruri bir izah
(İdarəyə məktub)

Prezident İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan edib. Ağsaqqal jurnalist Şirməmməd Hüseynov “Cümhuriyyət ili”ndə AXC-nin banisi Rəsulzadə Məhəmməd Əminin “Yeni Qafqasiya” məcmuəsi, noyabr 1923, №4 sayında dərc edilmiş daha bir yazısını redaksiyamıza təqdim edib. Həmin yazını müəllifin üslubuna toxunmadan dərc edirik.

***

Tehranda müntəşir “Mübini-Yövmiyyə” qəzetəsi, Rövşən bəyin keçənlərdə İran haqqında verdigi bir konferansdan bəhs edərkən “Azərbaycan Cümhuriyyəti” nam risalənin müəllifi olmaq həsəbilə, acizlərini dəxi təhdi-müaxizəyə (sorğu-suala) almışdır.

“Azərbaycan Cümhuriyyəti”ndən bəzi iranilərin naməmnun qaldıqlarını ağızdan-ağıza eşidiyordum. Fəqət ədəmi-məmnuniyyətin Rövşən bəyin Türk Ocağı heyəti-idarəsinin dəxi mucibi-təəssür və infial olan (coşan) heysiyyəti şikən nitqindən daha ziyadə mucibi-təəssür və əndişə olduğunu qətiyyən xatir və xəyala gətirməmişdim.

Rövşəniyə müqabilə edən “Mübin” qəzetəsi Türkiyə və Türklük haqqında qullandığı lisanı təhqirdə tərəfi müqabilinə rəhmət oxutduracaq bir məharət göstərdikdən sonra, bir taqım şikayətlərdə bulunaraq, əz-zümlə diyor ki:

“... axirən maarif nəzarətinin müsaidəsilə Rəsulzadələr tərəfindən İran əleyhinə yazılan kitablar və İran azərbaycanlılarının Türk olduqlarını tərənnüm etdirmək məsələyə başqa bir əhəmiyyət verməkdədir”.

Bu surətlə, münaqişəyi Rövşəni bəhsindən Rəsulzadə məbhəsinə (mövzusuna) nəql etdikdən sonra “Mübin” qəzetəsinin mühərriri bir az da bizi oxucularına tanıtmaq zəhmətinə qatlanmışdır.

Əbdi (hesablama) aciz “ilk dövreyi-məşrutiyyət”də Tehranda bulunmuş, İran bayrağının himayəsinə sığınmış, ən böyük “İrani-nov” qəzetəsinin baş mühərrirligi mənə tövdi olunaraq məmləkətin siyasətinə müdaxiləm caiz görülmüş və sonra İranı tərk ilə bir müddət İstanbulda oturduqdan sonra Qafqasiyaya övdət eyləndıgimndə ilk işim “İran ilə ziddiyyətdə olmuş və Bakıdakı Müsavat hökuməti zamannında bu ”müqəvva" hökumətin rüəsasında bulunmuş, Azərbaycan ismini İrandan çalmış, şimdi də İstanbuldakı türk əfəndilərimə xoş gəlmək üçün “Azərbaycan Cümhuriyyəti” namında bülənd və balə (qosqoca) bir kitab təlif, bu kitabda Azərnbaycan ismini hər iki Azərbaycana təşmil edərək, ismi kibi İran Azərbaycanının cismini çalmanın dəxi qolay bir iş olduğunu təsəvvür etmişdir".

Məntiq zəifini, söyüş qüvvətilə təviz (əvəz) edən mühərririn təzyiflərinə (saxtakarlıqlarına) qarşı müqabilə etməyi bittəbii özümə rəva görməm. Yalnız, zikri keçən vəqayenin surəti-cərəyanına aid xüsusatın pək yanlış olaraq təsbitini caiz görənmədigimdən bəzi təshihata lüzum hiss ediyorum.

Əvvəla, münsif iranilərin dəxi təsdiq edəcəgi vəchilə, Tehran mənə böyük bir qəzetənin mühərrirligini həvalə etmədi. Biləks, mən ilk dəfə olaraq böyük, Avropa karı və yövmi bir qəzetəyi - “İrani-nov” təsis edərək Tehranı tərk etdim.

Saniyən, qüvvətim yetdigi qədər İran istiqlalına hizmət eylədigim halda, məətəəssüf, İran bayrağı bəni himayə edəmədi. Və rus səfarətinin cəbiranə müdaxiləsi üzərinə, bir həftə əsnasında İranı tərk etmək zərurətində qaldım, İstanbula isə rus təzyiqindən sığınmaq üçün gəldim.

Salisən, “Azərbaycan Cümhuriyyəti” nam kitabımı maarif nəzarətinin müsaidəsi ilə yazmadım. Biləks senzor tərəfindən müsaidə edilib edilmiyəcəgi üzərinə pək çox düşündüm.

Bir qaç kəlmə də əsl mövzu üzərinə söyləyəlim:

Bu məqalədən də anlaşıldığı vəchilə iranlı dostlarımızın ən çox qızdıqları şey mənim azərbaycanlıların türk olduqlarını iddia edişimdir. “İran əleyhindəki iqdanmantım” da qaliba bundan ibarət olacaq. Fəqət bu iddiaya qızmaqdan daha bayağı bir şey təsəvvür etməm. Bir xalqın milliyyətini tədqiq edərkən qonuşduğu lisanın əhəmiyyəti varsa, bu etibarla Azərilər Türkdür. Azərilərin fars ikən lisanları cəbrən alınıb da yerinə türkcə qonulduğu iddiasının vəxim (dəhşətli) olduğu aşikardır.

“Mübin” qəzetəsinin də zikr etgdigi vəchilə nə Bakı ətrafındakı “Tat köyləri”, nə də Suraxanıdakı Atəşgədə Təbriz ilə ətrafının türkcə qonuşulduğunu inkar etnməzlər. Təbrizlilər bir çox saiqlər (mal-mülk) taxtında kəndilərini iranlı bilirlər. Sözün mənayi-siyasisi ilə iranidirlər də. Fəqət heç kimsə İran türklərinin dəxi mövcud olduğunu inkar edəməz. Bir İran Türklügü vardır, Azərbaycanlılar türkcə söylüyorlar. Təbriz ilə həvalisindəki xalq ədəbiyyatı, folklor, xalq lisanı, xalq adət və əxlaqı Bakı ilə Gəncə ətrafındakılardan başqa degildir. Aşıq Kərəm ilə Koroğlu dastanları Qafqasiya ilə Anadoluda olduğu kibi, İran Azərbaycanında da mütədanvildir. “Dədə Korqud”un lisanı bu gün Erivan ilə Təbrizdə söylənən lisandan pək də fərqli degildir.

Bütün bunlara cavab almaq üzrə “Çingizin təbrizliləri fars ikən türk yapmağını” söyləmək qədər qeyri-ciddi bir cavab təsəvvür olunamaz. Hələ “kəndilərini Çingizə mənsub bilənlərin təbrizlilərin intiqamından (kəndilərini türk ədd etməzlərsə) qorxutduqları” kibi mülahizələr məntiqi bir cavab olmaq üzərə on para etmədigi kibi bir “şahıya” da dəyməz.

Vaxtilə qardaş İran xalqının hürriyyət və istiqlalpərvəranə mücadilatına əlimizdən gələn qədər müavinətdə bulunduq. Sıra kəndi məmləkətimizə gəldi. Onun xilası üçün çalışırıq. Bildigimiz və bacardığımız kibi mübarizə etdik. Bu mübarızədə iranlı qardaşlarımız bizə ümid etdigimiz müavinəti göstərmədilər. Bəlkə də mənzur idilər. Fəqət zülüm və istibdadını pək çox daddıqları və hala da dadmaqda olduqları Rusiya kibi ənud bir düşmənə qarşı məruz qaldığımız fəlakət üzərinə “Mübin”lərin yaralarımıza duz tökəcəklərinə də qətiyyən ümid etməzdik.

Fəqət İran əfkari-ümumiyyəsi üzərindəki mövqeyinin nə olduğunu bilmədigimiz “Mübin” qəzetəsinin nəşriyyatı zənn etməyiz ki, mütəfəkkir iranilərin dəxi iştirak edəcəgi bir lisan olsun. Nasıl ki, Rövşənin lisanı dəxi “Varlıq” qəzetəsinin söylədigi kibi, ciddi türk əfkari-ümumiyyəsinə tərcüman olamaz.

“Azərbaycan Cümhuriyyəti” nam əsərin müəllifi

Rəsulzadə Məhəmməd Emin

“Yeni Qafqasiya”

məcmuəsi, noyabr 1923, №4

Mübin - aydınlaşdırma, aşkara çıxarma

Yövmiyyə - gündəlik

Rəbiül-axər - müsəlman qəməri ilinin dördüncü ayı

Əbd - hesablama

Qeyd: M.Ə.Rəsulzadə bu məktubu Tehrana - “Mübini-yövmiyyə” qəzeti redaksiyasına göndərib. Görünür, qəzet onu dərc etməyib. Ona görə də müəllif onu “Yeni Qafqasiya” məcmuəsində dərc etdirib. Ş.H.

Yazını redaksiyaya professor Şirməmməd Hüseynov təqdim edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.