Üç qadın Trampa qarşı müharibə açdı - prezidentin üzünə dururlar

22-03-2018, 19:15           
Üç qadın Trampa qarşı müharibə açdı - prezidentin üzünə dururlar
Amerikada üç qadın yaşadıqları cinsi münasibət və məruz qaldıqları cinsi istismarın üstünü örtdüyünə görə prezident Donald Trampa qarşı müharibə açıb. Tramp ilə 2006-cı ildə prezidentin həyat yoldaşı Melania oğulları Barrona hamilə olduğu zaman cinsi münasibət yaşadığı iddia edən, “Stormi Daniels» adıyla tanınan “Pleyboy” ulduzu, 39 yaşlı Stedani Kliffordun yalan söyləmədiyi yalan detektoru tərəfindən təsdiqlənib.

Klifford Tramp ilə münasibətləri barədə danışmaq üçün “Life&Style” və “In Touch” jurnalları ilə anlaşıb. Amma media qrupu müsahibədən öncə pornoulduzun yalan aparatına bağlanmasını istəmişdi. Ancaq danışa bilməsi üçün öncə Trampın vəkili ilə 130 min dollar qarşılığında imzaladığı "Gizlilik razılaşması”nı ləğv etməsi lazım gəlir. Daniels keçən həftə bu məhkəmənin məsrəflərini qarşılaya bilmək üçün onlayn bir kampaniyaya da başlayıb.



Tramp ilə münasibətinə dair «susmaq payı” aldığını iddia edən keçmiş “Pleyboy” modeli Karen MakDugal (46) da danışma qadağasının aradan qalxması üçün hüquqi mübarizəyə başlayıb. MakDugal prezidentlə 12 il öncə yaşadığı münasibət haqqında danışmaması qarşılığında 150 min dollar aldığını açıqlayıb. Trampa üçüncü zərbə Nyu-Yorkdan gəlib. Məhkəmə Sammer Zervosun prezident əleyhinə açdığı “cinsi istismar və iftira” iddiasını qəbul edib. Zervos Trampın 15 yayım mövsümü boyunca münsiflər üzvü olduğu "Apprentice" (Köməkçi) yarışmasında ona qarşı seksual istismara yol verdiyini iddia etmişdi.(musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.