Azərbaycanlı iş adamı 750 milyon dollar qazandı

23-03-2018, 13:14           
Azərbaycanlı iş adamı 750 milyon dollar qazandı
“Forbes” jurnalının Rusiya versiyası son 1 ildə ən çox gəlir qazanmış 10 biznesmenin adını hazırlayıb. Modern.az jurnala istinadən xəbər verir ki, gəlirlərin hesablanması zamanı səhm satışı və şirkətlərdən əldə edilən dividendlər əsas götürülüb.

Maraqlıdır ki, siyahıda Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərov da yer alıb. “Lukoyl” şirkətinin prezidenti ötən il 750 milyon dollar qazanıb. Bu vəsait “Lukoyl”un gəlirlərinin 10% artması hesabına başa gəlib. Vahid Ələkbərov gəlirlərinin həcminə görə Rusiyada 9-cu ən zəngin iş adamıdır.

2017-ci ildə ən çox varlanan iş adamı isə “Sibura” şirkətinin sahibi Kiril Şamanovdur. O, şirkətin 17%-ni satmaqla 2,3 milyard dollar gəlir əldə edib. İkinci pillədə qərarlaşan Aleksey Mordaşov isə “Severstal” şirkərinin satışı və Nordgold şirkətinin dividendləri sayəsində 1,56 milyard dollar varlanıb. İlk üçlüyü isə Vladimir Lisin tamamlayır. Biznesmenin şirkətlərinin səhmlərinin bahalaşması onu 1,23 milyard zənginləşdirib.

Siyahıda həmçinin, Süleyman Kərimov (980 milyon dollar), Mixail Proxorov (870 milyon dollar), Dmitri Rıbolovlev (860 milyon dollar), Oleq Deripaska (760 milyon dollar), Viktor Raşnikov (760 milyon dollar) və Əlişir Usmanov (660 milyon dollar) da yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru