Dünyaya xəbərdarlıq edildi - Şirin su mənbələri tükənə bilər

23-03-2018, 13:32           
Dünyaya xəbərdarlıq edildi - Şirin su mənbələri tükənə bilər
Birləşmiş Millətlər Təşkilatının Baş (BMT) Katibi Antonio Quterres 2050-ci ilə qədər ən az 4 nəfərdən birinin şirin sudan korluq çəkəcəyi barədə xəbərdarlıq edib

Moderator.az xəbər verir ki, "Dünya Su Günü" münasibətilə BMT Baş Məclisində etdiyi çıxışında Antonio Quterres su istehlakının yaxşı idarə edilməməsi səbəbindən dünyanın bir çox yerində su probleminin yaranacağını bildirib.

Sürətlə dəyişən iqlimin bu təzyiqi artırdığını bildirən Antonio Quterres, tullantı suların yüzdə 80-nin təmizlənmədən ətraf mühitə boşaldıldığını və fəlakətlərin 90%-dən çoxunun su ilə bağlı olduğunu bildirib. "Dünya üzrə 2 milyarddan çox insanın təmiz suya ehtiyacı var. 2050-ci ilə qədər isə ən az 4 nəfərdən biri şirin sudan korluq çəkəcək" xəbərdarlığını edib. Həmçinin o, həyatı dərəcədə əhəmiyyəti olan su mənbələrinin yaxşı idarə edilmədiyi təqdirdə cəmiyyətlər və hətta ölkələr arasında problemlər yaşanacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru