Xalq artistinin ölümündə sirli nüans

31-03-2018, 10:19           
Xalq artistinin ölümündə sirli nüans
O, Azərbaycan musiqisinin tacı idi. Elə əsərlər yaradıb ki, onlar bir-iki əsr yox, daha çox yaşayacaq.

Bu sözləri bəstəkar Eldar Mansurov unudulmaz bəstələrin müəllifi Tofiq Quliyev haqqında demişdi.

Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakıdaanadan olub.12 yaşında olarkən Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə isə Konservatoriyaya daxil olub. Onun inkişafında müəllimi Asəf Zeynallının xidməti danılmazdır.

O doğulduğu yerə, Bakıya çox vurğun idi. Bakı haqqında bunları deyirdi:

“Mən Bakılıyam, burada anadan olmuşam. Bakı kimi gözəl şəhər tanımıram. Çox ölkələrdə olmuşam, lakin Bakı kimi gözəl şəhər görməmişəm. Mən Bakını həddindən artıq çox sevirəm”.

Bakıya olan sevgisi onun bəstələdiyi mahnılardan da bəllidir. Çünki bəstəkar Bakıya aid bir çox mahnının müəllifidir.

O, 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə “Rast”, “Segah”, “Zabul”, “Dügəh” muğamlarını fortepianoda hazırlayıb.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru