Gömrük komitəsindən qəza törədən məmur oğlu ilə bağlı: - "Sensasiya axtarırlar"

31-03-2018, 12:30           
Gömrük komitəsindən qəza törədən məmur oğlu ilə bağlı: - "Sensasiya axtarırlar"
Bakıda sərxoş vəziyyətdə ağır yol qəzası törədən Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəisi Natiq Axundov hadisə ilə bağlı Yenicag.az-a açıqlama verib:

“Dövlət Gömrük Komitəsində Nüsrət Adıgözəlov adlı şəxs işləmir. 2017-ci ilin noyabrında da belə bir hadisə baş verdi, yol qəzası törədən şəxsin atasının həmin vaxt Dövlət Gömrük Komitəsində çalışdığı barədə məlumatlar yayıldı. Biz onda da açıqlama verdik ki, həmin adda şəxs qurumda fəaliyyət göstərmir. Görünür kimsə sensasiya yaratmaq naminə Dövlət Gömrük Komitəsinin adını hallandırır”.

Xatırladaq ki, “10-LJ-600” dövlət qeydiyyat nişanlı BMW markalı avtomobilin sahibi Adıgözəlov Elvin Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkətdə olarkən, işıqforun qırmızı işığından keçib.
Nəticədə, onun 28 May küçəsindən gələn Əsgərov Elvin Əsgər oğlunun idarə etdiyi “Nissan Sunny” markalı avtomobil onun maşınına çırpılıb. BMW-də olan sərnişinlərdən biri ağır xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, BMW-nin sürücüsü E.Adıgözəlov sərxoş vəziyyətdə olub.
Qeyd edək ki, xəbəri «Report» yayıb.
teref.az olaraq xatırladaq ki, Nüsrət Adıgözəlov Dövlət Gömrük Komitəsində çalışmır. Amma onun gömrük qurumlarına aidiyyatı var. Çünki Nüsrət Adıgözəlov “Broker Əbülfəz”in sağ əlidir. Daha doğrusu Nüsrət Adıgözəlov “Broker Əbülfəz”in bacısının həyat yoldaşıdır və polislərdə qaçdı-qovdu oynayan avtoxiliqan Elvin Adıgözəlov isə Əbülfəz Məlikovun dost-doğma bacısı obludur. Elə Elvin Adıgözəlov da “Trans-Broker”də çalışır və dayısı üçün gömrükdə pul toplamaqla məşğuldur. Bir qədər əvvəl bu barədə yamışdıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.