“RAZI DEYİLSİNİZSƏ, İNQİLAB EDİN!” – Paşinyandan ermənilərə qəribə çağırış

Bu gün, 09:08           
“RAZI DEYİLSİNİZSƏ, İNQİLAB EDİN!” –
“Mən yeddinci sinifdən Qarabağ hərəkatında iştirak etmişəm və 2025-ci ilin martında parlament tribunasından demişəm ki, Baş nazir kimi təcrübə və təhlillərimə əsaslanaraq belə qənaətə gəlmək olar ki, Qarabağ hərəkatını davam etdirməli deyilik”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbətində deyib.

Paşinyan deyib ki, onun mövqeyilə, yəni, Qarabağa dair iddialardan birdəfəlik əl çəkilməsilə razılaşmayan erməniləri inqilab etməyə çağırır: “Əgər Ermənistan vətəndaşları hesab edirsə ki, bu baş verməməlidir (yəni Qarabağa iddialar qalmalıdır-red.) o zaman mən özüm də vətəndaşları inqilaba səsləyirəm. Mən dünya tarixində ilk və yeganə baş nazirəm ki, vətəndaşlar elan olunmuş strategiya ilə razılaşmasalar, öz ölkəsinin vətəndaşlarını inqilab etməyə çağırmışam. İkinci belə haldan xəbərim yoxdur. Amma fakt budur ki, bizim vətəndaşlar inqilab etmirlər. Çünki onlar da mənim kimi anlayırlar ki, bu addımı atmadan istər praktiki, istərsə də nəzəri cəhətdən sülh mümkün deyil”.

Ad çəkməsə də, Rusiyanı nəzərdə tutan Paşinyanın sözlərinə görə, digərləri “Qarabağ hərəkatını” başqa cür qəbul edir, onu Ermənistanın suverenliyinə, dövlətçiliyinə, müstəqilliyinə və çiçəklənməsinə mane olmaq üçün əlverişli rıçaq kimi görürlər: "Və etiraf etmək lazımdır ki, bu rıçaqdan səmərəli istifadə olunub. İndi sülh dövrü gəlib çatıb və Ermənistan vətəndaşları bunu məmnuniyyətlə qəbul ediblər. Buna kifayət qədər sübutlar var və bunu təkzib edən heç bir fakt yoxdur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru