"Qara Dul"un dəhşətli sonu: YF-23 niyə məğlub olur?

27-08-2018, 12:21           
"Qara Dul"un dəhşətli sonu: YF-23 niyə məğlub olur?
Xarici görünüşünə görə cazibədar olan bu təyyarə ilk dəfə 1990-cı ildə havaya qalxıb. Üstündən 28 il keçib. Lakin adama elə gəlir ki, "Black Widow II" (Qara Dul II) perspektiv aviasiya kompleksi dünənə qədər jurnalların üz qabığını bəzəyirdi. İndi aviasiya ilə tanış olanlar bütünlükdə layihənin sonrakı taleyinin qaranlıq olduğunu yaxşı bilir. Daha səmimi olsaq, layihə 1991-ci ilin aprel müsabiqəsində ATF (Advanced Tactical Fighter) layihəsinə məğlub olduğu üçün bağlandı. Qalib hər kəsə yaxşı məlumdur. Bu YF-22 idi. O, daha sonra beşinci nəslin ilk seriya qırıcısı olan F-22 "Raptor"a çevrildi.

Titanların döyüşü

YF-23 təyyarəsi seriya istehsalını heç vaxt görməməsinə baxmayaraq, uzun bir təkamül yolu keçdi. Onun arxivində ümumi müddəti 65 saat olan 50 sınaq uçuşu mövcuddur. Əlbəttə, bu, astronomik bir rəqəm deyil. Müqayisə üçün deyək ki, Rusiya silahlanmasına hələ də qəbul edilməyən Su-57 prototipinin 2013-cü ilin oktyabrına qədər 450-dən çox sınaq uçuşu var idi. On iki illik sınaq uçuşları zamanı F-35 qırıcısı 9200 uçuş həyata keçirib! Lakin, "Qara Dul" əbədi bir prototip olaraq seriyaya girmədiyi üçün silahlanmada olan modellə onu birbaşa müqayisə etmək o qədər də doğru deyil. Şübhəsiz ki, YF-23 tarixdə ilk beşinci nəsil qırıcı oldu. Çünki, "Raptor"un sələfi YF-22 qırıcısı "Qara Dul II"dən tam 1 ay sonra ilk dəfə havaya qalxıb. Maraqlıdır ki, rəqibinin ilk uçuşuna qədər YF-23 qırıcısı forsajdan istifadə etmədən 1700 km/saat səsdən yüksək sürətlə uçuş həyata keçirdi.

Sonralar müsabiqədə məğlub olan 2 ədəd YF-23 təyyarələri Kaliforniyanın Edvards hava limanındakı NASA tədqiqat mərkəzinə təhvil verildi. Hər iki qırıcı 1996-cı ilədək saxlanıldı, sonra isə muzeylərə təhvil verildi. Hazırda YF-23 qırıcılarından biri Deytondakı ABŞ Hava Qüvvələrinin Milli Muzeyində, ikincisi isə 2004-cü ildə "Qərb Uçuş Muzeyi"ndə icarədədir.

Məğlubiyyətin səbəbləri

Həvəskarlar arasında hələ də, "Black Widow"un "Lockheed Martin"in YF-22 layihəsinin lehinə olaraq yarıkönüllü şəkildə geri çəkilməsinin məqsədəuyğunluğu barədə isti müzakirələr ara vermir.

Paradoksal haldır ki, buna "Lockheed Martin" şirkətinin F-35 "Lightning II" qırıcısının yaradılması üzrə həyata keçirdiyi JSF (Joint Strike Fighter) proqramı ətrafında aparılan müzakirələrdə daha çox rast gəlinir. F-35 qırıcısının özünə inamlı qələbəsinə baxmayaraq, bəzi rəqib ölkə KİV-ləri tərəfindən yerli-yersiz tənqid olunur və olunacaq. Bunun səbəbi nədir? Əslində səbəblər çox sadədir: "Black Widow II" tarixinin ən möhtəşəm təyyarələrindən biri adlandırmaq olar. O, X-32-dən daha çox "gözəl" görünüşə malik bir vasitədir və texniki cəhətdən daha maraqlıdır. Əlbəttə ki, cavablar belə sadə və aydın olmayacaq. Biz sıra ilə araşdıraq.

Konsepsiya. YF-23, inteqral aerodinamik sxem, orta formalı, romb şəkilli, sonluqları kəsik qanadlara və V şəklində bir quyruğa sahib oldu. F-22 normal aerodinamik konfiqurasiyada, geniş və meylli açılmış, istiqamət idarəetmə rullarına və stabilizatorlara sahib, yüksək trapezvari qanad və quyruq pərlərinə malikdir.

YF-22 həqiqətən inqilabi "qara dul qadınla" müqayisədə daha mühafizəkar görünürdü, baxmayaraq ki, hər iki təyyarədə stels texnologiyadan istifadə edilirdi və onlar əvvəlki 4-cü nəsildən çox fərqlənirdi.

ABŞ hərbçilərinə ingilis mühafizəkarlığı və postsovet məkanında olduğu kimi hərbi texnologiyalarda "qənaət" etmək kimi xüsusiyyətlər xas deyil. Xüsusilə, olduqca sadə və daha anlaşılan bir seçim mövcuddursa heç kim əlavə riskləri sevməz.


Uçuş texniki xüsusiyyətləri. Burada tarixə qısa bir ekskursiya etmək lazımdır. Bəzi rusiyalı ekspertlərin iddialarına görə məşhur F-4 "Phantom II" bəzi xüsusiyyətlərinə görə sovet MiQ-lərindən geri qalır. Təbii ki, bu təyyarələrin postsovet məkanında, xüsusilə Rusiyada F-4 qırıcılarının "aşağı manevr imkanlarını" çox şişirdirlər. ABŞ Hava Qüvvələri YF-23 mühərriklərinin idarəolunan güc vektoruna sahiblənməsinin vacibliyini anlayaraq bu yenilikləri tətbiq etdi. "Qara Dul II" qırıcısının füzelyajı, SR-71 və YF-22 ilə müqayisədə üstün görünmür. Sonuncunun konfiqurasiyasına ötəri nəzər salsaq, onun yaxın hava döyüşü üçün anadangəlmə ideal qırıcı olduğunu görərik.

Aşağı gürünmə (stels). Stels texnologiyası beşinci nəsil qırıcıların konsepsiyasının əsasını təşkil etdiyi üçün həm "Northrop", həm də "Lockheed" görünmə göstəricilərinə çox diqqətli yanaşdı. Sosial şəbəkələrdə bəzən YF-23 qırıcısının "Raptor"dan "daha az göründüyü" kimi iddialara rast gəlirik. Doğrudur, "Qara Dul"da istifadə edilən mühərriklər infraqırmızı görünməni azaltmaq baxımından böyük bir nailiyyət əldə etmişdi. Lakin daha vacib olan radiolokasiya görüntülənməsinə gəldikdə isə deyə bilərik ki, bu sahədə "Qara Dul" oyundan kənar hesab olunur.

Bununla yanaşı, "Raptor"un gizliliyinin göstəriciləri barədə dəqiq məlumatlar açıqlanmır, buna görə də burada son nöqtəni qoymaq çox tezdir.

İstehsalçı şirkət. Əlbəttə, istehsalçı şirkət məsələsi də çox vacibdir. Yəqin ki, "Qara dul"un acı taleyi barədə son qərarın verilməsində istehsalçı şirkət də müəyyən rol oynayıb.

Mütəxəssislər və aviasiya həvəskarları tez-tez nadir B-2 strateji bombardmançısının hazırlanması prosesində "Northrop" şirkəti tərəfindən əldə edilən böyük təcrübəni vurğulayırlar. Bu doğrudur. Lakin qeyd etmək lazımdır ki, YF-22 qırıcılarının hazırlanmasına başlmazdan əvvəl rəqibi olan "Lockheed" tərəfindən F-117 "Nighthawk" qırıcısının sələfi də stels texnologiya ilə hazırlanmışdı.


Digəri daha vacibdir... Müsabiqədə məğlubiyyət zamanı "Northrop" şirkətinin əsas mütəxəssis qrupları zamanının ən mürəkkəb hərbi kompleksi və ən bahalı döyüş təyyarəsi oıan B-2 bombardmançıları ilə əlaqəli məsələlərlə məşğul idilər. Məntiqlə YF-23 layihəsinin qələbə ilə mükafatlandırılması, ABŞ hərbçiləri üçün birbaşa problemlər yarada bilərdi, çünki bu vəziyyətdə prioritet aviasiya layihələrinin hamısı "Northrop" tərəfindən idarə olunacaqdı. Bu, nəinki əlverişli deyil, hətta ölkənin müdafiə qabiliyyətinə zərər yetirə biləcək qədər təhlükəlidir.

Ümumiyyətlə, YF-22-nin YF-23 üzərində qələbəsi olduqca məntiqli görünür. X-35-in X-32 üzərində qələbəsi isə birmənalı deyil, baxmayaraq ki, o da zamanının inqilabi təyyarəsi hesab edilirdi. Daha ətraflı olaraq, bu məsələni növbəti məqalələrimizdən birində nəzərdən keçirəcəyik.

Yazı İlya Leqatın məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.