AVTOMOBİL QAÇIRAN ŞƏXS SAXLANILIB

7-11-2018, 19:50           
AVTOMOBİL QAÇIRAN ŞƏXS SAXLANILIB
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, noyabrın 6-da Quba Rayon Polis Şöbəsinə banklardan birinə məxsus “Lada Priora” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə məlumat daxil olub.
Müraciətlə əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. “İsti izlərlə” və peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili saxta dövlət qeydiyyat nişanları ilə idarə edən rayon sakini Bəxtiyar Bağırovun yeri qısa müddət ərzində müəyyən edilib. B.Bağırov qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq Şöbəyə gətirilib.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq tərəfindən B.Bağırovun başqa cinayət hadisələrində iştirakı məsələsi araşdırılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru