BALAKƏNDƏ POLİS GƏNCLƏRLƏ GÖRÜŞÜB

8-11-2018, 15:47           
BALAKƏNDƏ POLİS GƏNCLƏRLƏ GÖRÜŞÜB
Teref.az-az- aDİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən şəhər 2 saylı tam orta məktəbdə Rayon Polis Şöbəsi rəhbərliyinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında görüş keçirilib. Tədbirdə polis əməkdaşları ilə yanaşı rayon ağsaqqallar şurasının sədri, Təhsil Şöbəsinin işçiləri, eləcə də məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənov “əsrin bəlası”na çevrilmiş narkomaniyanın bu gün bəşəriyyəti narahat edən ən qlobal problemlərdən biri olduğunu bildirib. O, narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Dini radikalizmin fəsadlarından söz açan E.Həsənov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb. O, dini radikalizm, onun fəsadları və qarşısının alınması, cəmiyyətə vuracağı zərər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, bu mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd edib. İslamın mədəniyyətimiz, mental dəyərlərimizlə sıx bağlı olduğunu bildirən Şöbə rəisi bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusilə də yeniyetmə və gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü söyləyib.
Tədbirdə erkən nikahın fəsadları barəsində çıxış edənlər gələcək ailələrin sağlam təməllər üzərində qurulması üçün valideynlərin də bu məsələyə daha ciddi yanaşmalarının vacibliyini bildirib, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyini qeyd ediblər.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.