Nəsimi rayonundakı 1 saylı Körpələr - Uşaq Evində bayram tədbiri keçirilmişdir

3-01-2019, 08:32           
Nəsimi rayonundakı  1 saylı Körpələr - Uşaq Evində bayram tədbiri keçirilmişdir
Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində bayram tədbiri keçirilmişdir.
Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş,burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün hər cür şərait yaradılmışdır.
Tədbirdə uşaqlara hədiyyələr təqdim edilmiş, Şaxta baba və Qar qız burada yaşayan uşaqların sevincinə səbəb olmuş, uşaqları əyləndirmiş və birlikdə maraqlı oyunlar keçirmişlər.
Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva və körpələr evinin kollektivi Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru