EV SAHİBİ OĞRULARI İŞ BAŞINDA YAXALAYIB

5-01-2019, 13:23           
EV SAHİBİ OĞRULARI İŞ BAŞINDA YAXALAYIB
Teref.az - DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki rayonu Zunud kənd sakini Arif İdrisov DİN-in “102 Zəng Mərkəzi “ xidməti ilə əlaqə saxlayaraq evindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat vermiş, soyğunçuluğu törədən şəxsləri elə özü həyətdən çıxmaq istəyərkən tutub saxladığını bildirmişdir.
Məlumat aidiyyatı üzrə Şəki ŞRPŞ-yə göndərilib və polis əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Aparılmış ilkin araşdırmalarla soyğunçuluğu edən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Nazdı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib. Dilənçilik fəaliyyəti ilə məşğul olan qadınlar evə qanunsuz daxil olaraq oradan 1166 manat pulu və qızıl-zinət əşyalarını götürüb evdən çıxmaq istəyərkən ev sahibi A. İdrisov tərəfindən yaxalanıblar.
Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru