CİVƏ SATMAĞA GEDİRDİ...

18-01-2019, 12:28           
CİVƏ SATMAĞA GEDİRDİ...
Teref.az - DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Giləzi qəsəbəsində satış məqsədi ilə üzərində qanunla dövriyyəsi qadağan olunmuş zəhərli maddə gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Elçin Bayramov olduğu müəyyən edilib.
Saxlanılan zaman E.Bayramovun üzərinə baxış zamanı, ondan qanunla dövriyyəsi qadağan edilərək zəhərli maddələr siyahısına daxil olan 340 qram metallik civə aşkar edilib.
Dindirilmə zamanı saxlanılan şəxs civənin ona məxsus olduğunu və 32 min manata satmaq niyyəti ilə Siyəzən rayonuna aparmaq istədiyini bildirib.
Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru