GORANBOYDA NARKOTACİR YAXALANIB

28-02-2019, 20:22           
GORANBOYDA NARKOTACİR YAXALANIB
Teref.az - a DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Rauf Niftəliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.
Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əynindəki gödəkçənin iç cibindən qanunsuz yolla əldə edib saxladığı 4,4 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı R. Niftəliyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru