ŞƏKİDƏ 52 YAŞLI KİŞİ İTKİN DÜŞÜB

5-03-2019, 19:59           
ŞƏKİDƏ 52 YAŞLI KİŞİ İTKİN DÜŞÜB
Teref.az - a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, 1967-ci il təvəllüdlü Şəki rayonu Cumakənd sakini Rəşid Yusifov fevralın 27-si axşam saatlarında kənddə yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və indiyədək geri qayıtmayıb.
Evdən çıxanda əynində qara rəngli palto və şalvar , göy jaket, ayağında açıq qırmızı rəngli çəkmə olub. Boyu 167 sm, arıq bədən quruluşludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru