İSTƏYİRDİM TEZ BÖYÜYƏM, POLİS OLAM...

7-03-2019, 14:25           
İSTƏYİRDİM TEZ BÖYÜYƏM, POLİS OLAM...
Teref.az - Hər gün atam işdən gələndə onun furajkasını başıma qoyub, kitelinə bürünəndə sevincimin həddi-hüdudu olmurdu. Uşaqlıqda hərə bir arzu ilə yaşayır. Elə istəyirdim ki, mən də tez böyüyüm, atamın xidmət yolunu davam etdirim. Polis olmağın çətinliklərini bilirdim, amma mənim bu peşəyə sevgim tamam başqa idi. Artıq arzuma çatmışam və sevinirəm ki, polis sıralarında xidmət edirəm.
Polis ailəsində anadan olan və atasının xidmət etdiyi şərəfli peşə sahəsində çalışan Aygül Zalıyeva 2012-ci ildən daxili işlər orqanlarında xidmət edir. Şabran RPŞ-nin təminat hissəsində polis nəfəri kimi xidmətə başlayan xanım əməkdaş, hal-hazırda həmin şöbənin Uçot-qeydiyyat və statistika işləri qrupunun kiçik inspektoru vəzifəsində çalışır. Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Xidmətdə rastlaşdığı çətinliklərdən heç vaxt qorxmadığını deyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru