GƏNCƏ SAKİNİNDƏN NARKOTİK MADDƏ GÖTÜRÜLÜB

7-03-2019, 21:49           
GƏNCƏ SAKİNİNDƏN NARKOTİK MADDƏ GÖTÜRÜLÜB

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri uğurla davam etdirilir.
Teref.az - a DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Vüqar Həsənov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman əlində olan sintetik torbanın içərisindən ümumi çəkisi 10 kiloqram 750 qram narkotik vasitə olan “marixuana” aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.