“Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır
27-05-2019, 12:38
Teref.az -Mayın 29-da Arsenal-Çelsi arasında baş tutacaq final oyunu ilə əlaqədar “Nar”, yerli və əcnəbi azarkeşlərin mobil şəbəkə üzərindən rabitə xidmətlərinə olan tələbatını qarşılamağa tam hazırdır. Bununla əlaqədar olaraq, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu və azarkeşlər üçün müxtəlif növ tədbirlərin təşkil olunacağı ərazilərdə mobl rabitə şəbəkəsində təkmilləşdirmə işləri artıq yekunlaşıb.
“Nar”, Bakı Olimpiya Stadionu və ətraf ərazilər, “FAN” zona və ”FAN Festival” ərazilərində mobil şəbəkə tutumunu optimallaşdırıb. Xüsusilə, stadion ərazisində izləyicilər 286 Mbps sürətlə malik 4G (LTE-A) texnologiyasının üstünlüklərindən faydalana biləcəklər. Paytaxtımıza gələcək qonaqların və yerli azarkeşlərin mobil şəbəkəyə olan ehtiyaclarını nəzərə alaraq, fanatlar üçün təyin olunmuş ərazilərdə 2 mobil baza stansiyası təyin olunub. Qeyd edək ki, respublika ərazisində mobil şəbəkənin 24/7 təhlili “Nar” ”Əməliyyat Mərkəzi” və “Çağrı Mərkəzi” əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır.
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar xaricdən gələn azarkeşlərin nömrəyə olan tələbatını ödəmək məqsədilə, mobil operatorun satış komandası da gücləndirilmiş iş rejiminə keçib. “Nar”-ın bütün satış mərkəzlərində, eyni zamanda H.Əliyev adına Beynəlxalq Hava Limanındakı səyyar satış məntəqəsində də “Nar” nömrə almaq mümkün olacaq. Ölkəmizə gələn xarici turistlər “Nar”-ın sərfəli “Xoş gəlmisiniz” tarifindən istifadə edə bilərlər.
“Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.