Sən Ucasan, Ucasan.... Ucalar Sənə layiq... - Ey müqəddəs Bayrağım
9-11-2015, 10:46
Göy rəngini göylərdən alaraq GÖY ATAnı, yaşıl rəngini yerdən alaraq YER ANAnı, qırmızı rəngini canlılıqdan, təbiətdən, insan qanından alaraq ÖVLADI - TÜRKÜ xarakterizə edən bu müqəddəs bayrağımız həm də Azərbaycan türkünün TANRIÇILIĞA olan sədaqətinin təzahürüdür.
Bayraq Gününüz Mübarək olsun...
***
Sən ucasan, ucasan, Ucalar Sənə layiq
Yüz minlər yola çıxdı, Könlüylə Sənə aşiq!
Hər zaman yüksəkdə ol, Ey müqəddəs Bayrağım,
Düşmən bağrına sancıl, Dalğalan, əs, Bayrağım!
Uğrunda can verdik biz, Canımız halalındır
Yolunda qan tökdük biz, Qanımız halalındır!
O mübarək köksündə, Parlayan hilalımdır
Hər dəfə yüksələndə Verdin nəfəs Bayrağım
Düşmən bağrına sancıl, Dalğalan, əs, Bayrağım!
Azadlıq Sənə yoldaş, Azadlıq doğdu səni
Tanrı əsirgəməsin, Başım üstdən kölgəni!
Sənin hər titrəyişin, Candan etdi düşməni
Yaşa, var ol, Səs sal səs, Ey müqəddəs Bayrağım,
Düşmən bağrına sancıl, Dalğalan, əs, Bayrağım!
Məhəmməd Ərsoy