Tramp ABŞ Federal Ehtiyat Sisteminin rəhbərini təhqir etdi

9-05-2025, 11:42           
Tramp ABŞ Federal Ehtiyat Sisteminin rəhbərini təhqir etdi
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ölkənin Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Cerom Pauelli ictimai şəkildə təhqir edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısının bu ifadəsi "Truth Social" sosial şəbəkəsində yayımlanıb.

"Cerom Pauel heç nəyi başa düşməyən axmaqdır. Bunun xaricində isə mən onu çox bəyənirəm!", - deyə ABŞ lideri yazıb.

Xatırladaq ki, daha əvvəl də prezident FES-in rəhbərini əsas faiz dərəcəsini endirməkdən imtina etdiyinə görə təhqir edib, lakin onu işdən çıxarmayacağını, 2026-cı ilin may ayında bitəcək səlahiyyət müddətini gözləyəcəyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru