Türkiyə və Çin Rusiya-Ukrayna danışıqlarında ABŞ-ı əvəz edə bilər

9-05-2025, 12:08           
Türkiyə və Çin Rusiya-Ukrayna danışıqlarında ABŞ-ı əvəz edə bilər
ABŞ-ın Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün vasitəçilik səyləri uğursuz olarsa, başqa ölkələr də vasitəçi rolunu oynaya bilər.

UNİAN xəbər verir ki, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

"Əlbəttə, biz Birləşmiş Ştatlara vasitəçilik səylərində uğurlar arzulayırıq. Lakin bu yol uğursuz olarsa, başqa namizədlər də var. Kommunikasiya kanallarını saxlayan Türkiyə var. Bundan başqa hər şeydən əvvəl, Putini danışıqlar masasına oturtmaq üçün unikal vasitələri olan Çin Xalq Respublikası var", - Sikorski bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru