Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününü cəbhə bölgəsində qeyd etdilər.

27-06-2019, 15:52           
Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri  26 iyun -  Azərbaycan Silahlı Qüvvələri Gününü cəbhə bölgəsində qeyd etdilər.
26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsində olmuş, cəbhə bölgəsində xidmət edən əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış olmuş, əsgərimizlə söhbətlər aparmış, sonra bayram günü münasibəti ilə böyük tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinın Başçısı Asif Əsgərov 26 iyun- Silahlı Qüvvələr günü münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvəllərin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilmişdir. Azərbaycan Silahlı Qüvvələri döyüş qabiliyyəti baxımından Cənubi Qafqazın ən güclü ordusudur. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi - psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Son illər Azərbaycan Silahlı Qüvvələri hərbi potensialını artırıb, ən müasir silah-sursat, texnika ilə təmin olunub. Natiq qeyd etmişdir ki, son dövrdə bütün cəbhə boyu gedən döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut etdi. Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir.
Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin hədiyyələri və rayonun orta məktəb şagirdlərinin əsgərlərə ünvanladıqları məktublar şəxsi heyətə təqdim edilmiş, xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələr günü ərəfəsində tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.
Bayram tədbiri zamanı gənc əsgərlərin iştirakı ilə nümunəvi çıxışlar və flaşmoblar tamaşaçılara təqdim olunmuşdur. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur. Konsertdə iştirak edən 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin gənc üzvləri əsgərlərimizlə birlikdə rəqslər etmişlər.
Bayram tədbirindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti tədbirin təşkilinə görə Nəsimi rayon nümayəndələrinə minnətdarlıqlarını bildirmişlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.