Evinin həyətyanı sahəsini narkotik plantasiyasına çevirən Zaqatala sakini saxlanılıb

28-06-2019, 12:51           
Evinin həyətyanı sahəsini narkotik plantasiyasına çevirən Zaqatala sakini saxlanılıb
Teref.az - DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tapılaraq, məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayonu Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Ramazanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradakı istixanadan 335 ədəd narkotik bitki hesab edilən çətənə kolları və 117 ədəd çətənə bitkilərinin şitilləri aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru