Balakən və Şəkidə yabanı halda bitmiş narkotik bitkilər aşkar olunub

1-07-2019, 10:55           
Balakən və Şəkidə yabanı halda bitmiş narkotik bitkilər aşkar olunub
Yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində “Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına əsasən əməliyyat tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az - a verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları tərəfindən rayonun Gərəkli kəndi ərazisində çay kənarında yabanı halda bitmiş ümumi çəkisi 1 tondan artıq olan 1783 ədəd, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Çapağan kəndi ərazisində 3570 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yandırılma yolu ilə məhv edilib.
Faktlarla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru