ŞƏXSİ İSTİFADƏSİ ÜÇÜN ÇƏTƏNƏ KOLLARI ƏKMİŞDİ

1-07-2019, 22:33           
ŞƏXSİ İSTİFADƏSİ ÜÇÜN ÇƏTƏNƏ KOLLARI ƏKMİŞDİ
Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ləgərqışlaq kənd sakini 38 yaşlı Cəlaləddin Səidov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı kənd ərazisinə keçirilən baxış zamanı, C.Səidov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş hündürlüyü bir metrə qədər olan 14 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını iyun ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.