BÖYÜRTKƏN KOLLARI ARASINDA ÇƏTƏNƏ BECƏRİRDİ

9-07-2019, 17:20           
BÖYÜRTKƏN KOLLARI ARASINDA ÇƏTƏNƏ BECƏRİRDİ
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az - a verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Vladimirovka kənd sakini 41 yaşlı Taleh Balayev saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı kənd ərazisinə keçirilən baxış zamanı, böyürtkən kolları arasında T.Balayev tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək dibçəklərdə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru